GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qulini öldürənlərlə Navalnını zəhərləyənləri nə birləşdirir?

Qulini öldürənlərlə Navalnını zəhərləyənləri nə birləşdirir?

Tarix: 24-08-2020, 10:13 Bölmə :Cəmiyyət Baxış: 411
Qulini öldürənlərlə Navalnını zəhərləyənləri nə birləşdirir?


Amansızlıqla öldürülən kriminal liderlə təyyarədə bəlkə də elə yaxın adamı vasitəsilə zəhərlənən siyasətçinin başına gələnlərdə günahkar eynidir: suçluların olduğu dünya!

Zəngin hadisələrlə bol olan bir həftəni geridə qoymaqdayıq. Azərbaycanlı kriminal avtoritetin öldürülməsindən tutmuş akademikin nəvəsinin toyuna görə iki nəfərin qandallanması, YAP-ın üzdə olan funksionerinə bəlkə də ilk dəfə ictimailəşən partiya töhməti elan edilməsi, rusiyalı müxalifətçinin təyyarədə zəhərlənməsi olayı, avqust ayında havanın temperaturunun 23 dərəcəyə enməsi, nəhayət qaradaş Türkiyənin Qara dənizdə qaz ehtiyatı tapması həftəyə damğasını vuran hadisələr oldu.
ac
Qulinin öldürülməsi və Rusiyada müxalifətçi Aleksey Navalnın zəhərlənməsi olayını birləşdirən ortaq nöqtələr tapmaq ilk baxışdan çətindir. Çünki Quli suç dünyasının lideri idi, Navalnı isə suçlardan uzaq bir cəmiyyət üğrunda mübarizə aparan siyasətçidir. Hətta yaratdığı antikorrupsiya fondu vasitəsilə illərdir konkret olaraq suçluları tapıb üzə çıxarmaqla məşğuldur. Amma amansızlıqla öldürülən kriminal liderlə təyyarədə bəlkə də elə yaxın adamı vasitəsilə zəhərlənən siyasətçinin başına gələnlərdə günahkar eynidir: suçluların olduğu dünya!
Qulini öldürənlərlə Navalnını zəhərləyənləri nə birləşdirir?

Konkretləşdirsək, Qulinin son olaraq Rusiya paytaxtı ilə danışmasını, Navalnının zəhərlənməsində isə birbaşa Moskvanın əlinin olduğunu da ortaq nöqtə kimi qeyd edə bilərik. Qulinin ölümündə Rusiya kəşfiyyatının(kriminalının da) əli olması barədə iddialar həqiqətdən uzaqdır. Eləcə də Navalnın da Kremlin (Moskvanın) tapşırığı ilə zəhərlənməsi iddiasını hələ gərək faktlarla sübut edəsən. Onun Almaniyada xəstəxanada müalicəsinə razılıq verməsəydilər, bu hadisədə rəsmi Moskvanın (kəşfiyyatın, əks-kəşfiyyatın və sairə) əli olmadığını demək olardı. Ona görə Navalnın Almaniyaya aparılmasından iki mühüm nəticəyə gəlmək olar.

Birincisi) Navalnını öldürmək istəməyiblər və bu, Belarusdakı hadisələrdən xeyli ruhlanmış Rusiya müxalifətinə sərt xəbərdarlıqdır. İkincisi) Navalnın bundan sonra ölkəyə qayıtması və mübarizə aparması rəsmi Moskvaya bəlkə də yazadək vaxt qazandıracaq. Üstəlik, bu qayıdışdan sonra müxalifətə “Qərbin sifarişini yerinə yetirmək” ittihamları yapışdırmaq daha asan olacaq. Hələ ki, pandemiyadan iqtisadiyyatı xeyli təntimiş Kremlə üzü payıza bir az rahat nəfəs almaq üçün zaman gərəkirdi ki, onu Navalnın zərərsizləşdirilməsi hesabına qazandılar. Əlbəttə ki, müvəqqəti…

MEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin xeyir işinə görə iki qudanın 15 sutkalıq müvəqqəti təcridxanaya salınmaları da həftənin hadisələri sırasında özünə yer etdi. Deyim ki, pandemiya qandalı da hörmətdən saldı. Qabaq hər tutulanın əlinə qandal vurmazdılar. İndi 15 sutkalıq inzibati həbsə gedənləri qandallayıb aparmaları bu məsələyə istər-istəməz siyasi don geyindirdi.

Bakıda ümumiyyətlə, toyların olmadığını deyənlərə, guya yalnız imkanlı adamların evlənə bildiyi haqda sentemental hekayələrə inanmayın. Məhərrəmlik başlayanadək(avqustun 21-i) Bakıda hər gün, əlbəttə ki, əvvəlki təm-təraqdan, səs-küydən çox uzaq olan toylar keçirilirdi. Ramiz Mehdiyevin nəvəsinin toyu lap bağlarında olubsa, bunun əvvəldən ədəb-ərkanla qarşısını almaq da olardı. Gedib toy yiyəsinə deyərdilər ki, bax toya hazırlıq olduğunu bilirik, bunu etməyin. Yoxsa, indi bu cür həbsli cəza kimliyindən asılı olmayaraq, bəyənilən iş deyil.

Toy haqda yazılan sərlövhələr adamda qəribə hiss yaradır. Jurnalistlər təftişçidirlər, hadisəyə öz baxışları ilə təqdimatı cəmiyyət üçün maraqlıdır. Onlar Mehdiyev haqda indi yazmırlar. Siyasət adamlarının isə bir karantini pozan toyu bu qədər qanadlı-bəzəkli sözlərlə “dramatikləşdirmələri” adama səmimi görünmür. Ailənin ağsaqqalı kimi Ramiz müəllim gərək, belə etməyəydi. Amma edib, bəli, tutduğu indiki mövqeyə, uzun illər dövlət aparatında işlədiyinə görə yanlış edib, hətta lap 100 qat cərimənin də yeri var. Hökumətin əlbəttə ki, öz sərt üzünün göstərmək haqqı var. Amma unutmayaq ki, toy evinə qanqaraçılıq salmaq da azərbaycanlı mentalitetində bəyənilən iş deyil. Kasıbın balası kimi, varlının da balası evlənməlidir. Pandemiyaya qədər adamın ürəyini bulandıran toylarda da dediyim kimi, əsas olan gənclərin evlənməsidir. Qalanı təfərrüatdır…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın anonsunu verdiyi və yalnız müsəlmanların mübarək cümə günündə təfərratını açıqladığı Qara dənizdə qaz yatağı kəşfi qan-qadalı həftənin sevindirici hadisəsi hesab oluna bilər. Avqustun 22-də prezident İlham Əliyevin bu münasibətlə Ərdoğana zəngi bu hadisənin əhəmiyyətini göstərdi. Prezident Əliyev Türkiyənin Qara dənizdə böyük təbii qaz yatağı kəşf etməsi münasibətilə təbriklərini çatdırıb, bu önəmli hadisənin dost və qardaş Türkiyə xalqının rifah halının daha da yaxşılaşdırılması və ölkənin iqtisadi gücünün daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirib. Prezident haqlı olaraq qeyd edib ki, Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir.

Türkiyənin dünyada artan çəkisi əlbəttə ki, bu qaz yatağının işlənməsi ilə daha da artacağına ümid edirik. Ümid edirik ki, Türkiyə Qara dənizdə qaz ehtiyatlarının istismarında Azərbaycanın da təcrübəsindən, köməyindən istifadə edəcək. Bu isə regionda iki qardaş ölkənin əməkdaşlığını daha da möhkəmləndirəcək.

Havanın işinə isə qarışmayaq, Allah bilən məsləhətdir…/musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ''Lotu Quli'' Moskvada kriminal avtoritetin toyuna qatıldı - VİDEO

    ''Lotu Quli'' Moskvada kriminal avtoritetin ...

    29-10-2017, 17:57

  • 
  • XİN: Rusiyada qəzaya uğrayan təyyarədə olan azərbaycanlı sərnişinin vətəndaşlığı araşdırılır

    XİN: Rusiyada qəzaya uğrayan təyyarədə olan ...

    12-02-2018, 10:13

  • 
  • Navalnı xəstəxanaya yerləşdirildi

    Navalnı xəstəxanaya yerləşdirildi ...

    30-07-2019, 11:35

  • 
  • “Qara Yunus”la birgə 50 azərbaycanlı kriminal avtoritet tutuldu - (Video)

    “Qara Yunus”la birgə 50 azərbaycanlı kriminal ...

    27-01-2015, 23:29

  • 
  • “Lotu Quli” ni güllələyən yaxın dostu “Xan Əhmədlinski”dir -YENİLƏNİR...

    “Lotu Quli” ni güllələyən yaxın dostu “Xan ...

    20-08-2020, 10:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu