GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ”40 quldur" dəstəsi birləşərək “Lotu Quli”nin ölümünə hökm çıxarıb"

”40 quldur" dəstəsi birləşərək “Lotu Quli”nin ölümünə hökm çıxarıb"

Tarix: 24-08-2020, 13:54 Bölmə :Cəmiyyət Baxış: 397
”40 quldur" dəstəsi birləşərək “Lotu Quli”nin ölümünə hökm çıxarıb"


Həmid Herisçi: “Bütün postsovet qazamatlarında bu qətldən sonra əsl müharibə gözlənilir”

Kriminal avtoritetlərin sonucu mogikanlarından olan “Lotu Quli” ləqəbli Nadir Səlifovun Türkiyədə qətli “qanuni oğru” dünyasında böyük dəyişikliklər üçün yeni səhifə açmış olacaq.

Bu hadisənin digər nüfuzlu kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) dəfn günü - avqustun 20-də baş verməsi çoxlarında çaşqınlıq, müəmmalı suallar doğurub və bəziləri fikirləşirlər ki, qətl qisas xarakteri daşıyır.

Çünki N.Səlifovun R.Canıyevin öldürülməsində rolu olduğu iddiaları səslənirdi. Halbuki, bu haqda real fakt da yoxdur.

Amma “Lotu Quli”nin öldürülməsi ilə “qanuni oğru” aləmində heç şübhəsiz ki, növbəti böyük boşluq yaratnmış olacaq.

“Lotu Quli”nin nəzarət etdiyi biznes sahələri uğrunda mübarizə başlaması haqda iddialar səngimir. Xüsusilə, Rusiya mediası bu “bölünmə” məsələsinə dair hər gün yeni iddalarla çıxış edir.

“Kommersant” qəzeti iddia edib ki, qanuni oğru Vaqif Süleymanov (Diplomat Vaqif) Gürcüstandan olan əslən azərbaycanlı biznesmenlərə nəzarət edəcək.

Amma Qulinin imperiyasının kimlərsə tərəfindən bölünməsi, hətta düşmənlərinin nəzarətinə keçəcəyi barədə danışmaq tezdir.

Onun biznes imperiyasını illərdir ki, qardaşı - 2013-cü ilin avqustunda “qanuni oğru” statusu almış “Namiq Bakinski” kimi tanınan Namiq Səlifov yönəldir.

1976-cı ildə Dmanisidə doğulan Namiq Səlifov “taclandırıldıqdan” sonra “Bakinski” ləqəbi götürüb.

Kriminal avtoritetlər haqda portret və “qanuni oğru” dünyası ilə bağlı silsilə məqalələrin müəllifi olan yazıçı - konspiroloq Həmid Herisçi ilə bu mövzuda söhbətləşmişik.

Onun “Yeni Müsavat”a bildirdiyinə görə, inqilablar, ictimai-siyasi silkələnmələr, təcrübə göstərir, əvvəl kriminal aləmdə, zindanlarda qazamatlarda, “zon”larda törəyir: “Sonra adi, oturuşmuş həyata sıçrayır. Postsovet məkanında yeni siyasi inteqrasiya modelləri, fəlsəfələri, subkulturaları yerində saysa da, oğru aləmi əksinə etdi.

2011-ci ildən “Vahid həbsxana nizamı” (Arestantsiy uklad yedin - AUE) ideyası, Rusiyanın bütün həbsxanalarını hörümçək toru kimi bürüdü.

Bu qrup oğru aləmi ilə biznesin qovuşmağını qəbul etmir. Qızıl xaçlı, banklarda hesabı olan, bahalı avtolarda gəzən, lüks otellərdə dincələn avtoritetləri ucdantutma qətlə yetirir.

Köhnə, sovetdənqalma “oğru ideyası”nı uğurla reanimasiya edir. Yəni postsovet məkanında siyasilər deyil, oğrular birləşməyə başladılar".

H.Herisçi güman edir ki, bəlkə də, Kremlin razılığı ilə gələcək müvafiq eksperiment məhz bu sahədə sınaqdan çıxarılır: “Nəticələri, öyrənilib, dişə vurulur. ”Vahid həbsxana nizamı"nın vuran gücü yeniyetmələr, lap gənc, sütül dustaqlardır.

17 avqust 2020-ci ildə Rusiya Ali Məhkəməsi bu qrupun ideologiyasının zindanlarda qadağan olunması haqda qərar qəbul edərkən, əslində əks məqsəd güdüb. “Yasaq alma” həmişə daha dadlıdır.

Hakimlər, qərarı qəbul edərkən onun əks effektinə nail olurdular. Bilirdilər ki, bu qadağa əksinə “Arestantsiy uklad yedin”i qazamatlarda yox etməyəcək. Əslində onu daha da gücləndirəcək.

Qərar, kağız üzərində qurumamış onun ilk nəticəsi bəlli oldu. 20 avqustda Türkiyənin Antalya kurortlarının birində “Lotu Quli” qətlə yetirildi. Bu qətl, “AUE”-yə ötürülmüş, yaxud tərəfindən ötürülmüş gizli siqnaldı - Gəlirik!

Bütün postsovet qazamatlarında bu qətldən sonra əsl müharibə gözlənilir. İdealistlər yeniyetmələr, bizlərini itiləyib, lotuları qırmağa hazırlaşırlar. Nümunə cəsəd artıq döşəmə üzərindədir. Qanı axıb göllənib".

Telejurnalist qeyd etdi ki, Rusiyanın “Lenta.ru” saytının dediyinə görə Azərbaycanda onların 40 dayaq nöqtəsi mövcuddur:

“Yəni, ”40 quldur" olan “Arestantsiy uklad yedin” artıq Azərbaycanda var. Bu “40 quldur” dəstəsi birləşərək Lotu Qulinin ölümünə hökm çıxarıb.

Həmid Herisçi: “Onlar ateistdirlər”

Lenta.ru yazıb ki, onlar Ermənistanda 8, Gürcüstanda 20 nəfərdirlər. Mənə maraqlıdır Kremlə yaxın sayt dəqiq statistikanı haradan götürüb? Cavabını özünüz düşünün...

Ancaq əməliyyata gəlincə, “Əlibaba və 40 quldur” hekayəsinin süjetinə oxşayır. Bu düşünülmüş əməliyyatdır və mən bu cinayəti törətmiş olsaydım “Quli baba” əməliyyatı adlandırardım".

Jurnalistin fikrincə, adətən, lotuların cangüdənləri başqaları tərəfindən təyin olunur: “İndi bu ”qırx quldur" Xan Əhmədlinskini özlərinə lotu seçəcəklər. Necə deyərlər - Lotu öldü! Yaşasın yeni Lotu!

Mənə elə gəlir ki, bundan sonra kriminal aləmdə avtoritetlər deyil, icmalar öz sözünü deyəcək. Hər öldürülmüş lotu isə bir qaydadır, öz ardınca bir iş adamını sürükləyib aparır.

Lənkəranski öz ardınca Mübariz Məsimovu dartıb apardı. Lotu Qulinin öz ardıca sürükləyə-sürükləyə apardığı bəs sizcə kim olacaq?"

Qeyd edək ki, onu öldürən 25 yaşlı Xəqan Zeynalov və 26 yaşlı Əmir Əhmədli polis şöbəsində ifadə verdikdən sonra Türkiyənin Serik Məhkəməsinə aparılıblar. Səlifovla birlikdə böyüdüklərini bildirən Zeynalov bunları deyib:

“Onu ümumiyyətlə, sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyüdük. Onun cangüdənliyini etmişəm, illərlə onunla görüşmüşəm. Onu bəyənmirdim. Buna görə də öldürdüm”.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lotu Quli İstanbulda belə yaşayır - FOTO

    Lotu Quli İstanbulda belə yaşayır - FOTO ...

    21-02-2018, 15:33

  • 
  • Türkiyədə həbs olunan Lotu Quli Azərbaycana göndəriləcək

    Türkiyədə həbs olunan Lotu Quli Azərbaycana ...

    9-10-2018, 10:21

  • 
  • “Lotu Quli” kimlərə salam göndərdi? – Yeni VİDEO

    “Lotu Quli” kimlərə salam göndərdi? – Yeni VİDEO ...

    30-06-2018, 11:35

  • 
  • Lotu Quli İstanbulda - İLK FOTOŞƏKİL

    Lotu Quli İstanbulda - İLK FOTOŞƏKİL ...

    26-10-2017, 12:26

  • 
  • “Lotu Quli”nin qətli ilə bağlı daha bir nəfər SAXLANILDI

    “Lotu Quli”nin qətli ilə bağlı daha bir nəfər ...

    20-08-2020, 13:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu