Güzəşt və yardımlarla bağlı məqamlar bir neçə istiqamətdə dəyərləndirilməlidir.
Bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bəzən yüksək nəticə əldə edən, əlaçı şagird və tələbələrə güzəştlərin tətbiq edilməsi istənilir:
“Bu qiymətləndirmə məsələsi bir qədər ədalətli olmalıdır. Çünki yüksək bal toplayan tələbə ödənişsiz əsaslarla oxuyur. Amma yaxşı oxuyan və ya əlaçı olan elə şagird və tələbələr var ki, onların sosial durumlarına baxsaq bu güzəştlərə ehtiyacları olmur.
Sosial durumuna görə güzəştlər və yardımlar isə dövlət tərəfindən edilir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?