GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tofiq Yaqublunun həyatı üzərindən oyun quranlar... - HƏDƏFLƏRİ NƏDİR?

Tofiq Yaqublunun həyatı üzərindən oyun quranlar... - HƏDƏFLƏRİ NƏDİR?

Tarix: 16-09-2020, 11:34 Bölmə :Cəmiyyət Baxış: 330
Tofiq Yaqublunun həyatı üzərindən oyun quranlar... - HƏDƏFLƏRİ NƏDİR?


Həbsdə olan Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir. Artıq aksiyanın 15-cü günüdür. Çoxları T.Yaqublunun səhhətindən narahatlığını ifadə etsə də, bu aclıq aksiyasından istifadə etməyə, dividentlər götürməyə çalışan qüvvələr də formalaşıb.

Bu qrupların önündə AXCP sədri Əli Kərimli və onun tərəfdarları gedir. Ə.Kərimliyə yaxınlığı ilə seçilən, onu tez-tez Amerikadan internet üzərindən yayımladığı canlı verilişlərinə çıxaran jurnalist Sevinc Osmanqızının bu məsələni hər gün müxtəlif istiqamətlərə yönəltməsi bir çox mətləblərdən xəbər verir.

Bu qüvvələrin davranışları, fikirləri açıq göstərir ki, onlar T.Yaqublunun aclığı dayandırmasını istəmirlər. Bir növ onun həyatı üzərindən siyasi oyunlar quraraq, hakimiyyətin üzərinə gedirlər. Təsadüfi deyil ki, T.Yaqublunu xahiş edib çalışdığı xəstəxanaya - "City Hosbital"a gətirən Adil Qeybulla bu qüvvələrin əsas ittiham hədəfinə çevrilib. Həkim barəsində elə müdhiş iddialar irəli sürürlər ki, hər kəs şoka düşür. Məsələn, onlar belə görüntü yaratmağa çalışırlar ki, A.Qeybulla hakimiyyətin sifarişi ilə müraciət hazırlayıb və bunun əsasında Müsavat funksionerini xəstəxanaya gətirib ki, komaya salsın. Görünən odur ki, T.Yaqublunun həyatı üzərindən oyunlar oynayıb dividentlər qazanmağa çalışanlar bu “şansı” onların əllərindən A.Qeybullanın aldığını görüb, bütün yollara əl atırlar ki, ona zərbə vursunlar...

Bütün bunlardan çıxış edərək demək olar ki, bu insanlar aksiya sonunda ölüm olmasını belə bəlkə də arzulayırlar. Çünki bundan istifadə edib, aylarla kampaniya apara bilərlər, danışmağa sözləri olar, hakimiyyətin üzərinə getməyə şansları yaranar...

AĞ Partiya başqanı Tural Abbaslı həm hakimiyyətdə, həm də müxalifətdə T.Yaqublunun məsələsinin gərginləşməsini istəyən qüvvələrin olduğunu söylədi: “Tez bir zamanda iqtidar bu problemi həll etməsə, bunun həm iqtidara, həm də dövlətçiliyə müxtəlif fəsadları ola bilər. İndiki məqamda isə gərginlik heç kimin marağında olmamalıdır. Biz AĞ Partiya olaraq Tofiq Yaqublunun mülki xəstəxanaya köçürülməsini və ona Adil Qeybulla kimi öz ailəsinin etimad etdiyi, peşəkar həkimin nəzarət etməsinə şərait yaradılmasını pozitiv addım kimi qiymətləndiririk”.

ADP sədri Sərdar Cəlaloğlu sərt danışdı: “İnsan həyatı üzərindən siyasət qurmaq mənəviyyatsızlıqdır. Çünki siyasətin hədəfi insanı xoşbəxt etməkdir. Əgər bir siyasət insanın bədbəxtliyinə səbəb olursa, o, mənəviyyatsız və əxlaqsız siyasətdir. Kim Tofiq Yaqublunun həyatı üzərində oyun oynamaq istəyir, onun başına bir iş gələr, beynəlxalq ictimaiyyət Azərbaycana təzyiq edər filan kimi düşüncələrə sahibdirsə, o əxlaqsız bir adamdır, siyasi cəhətdən də ziyanlıdır. Tofiq Yaqublunun özünəqəsd məqsədilə aclıq aksiyası keçirməsini qətiyyən düzgün hesab etmirəm. Azərbaycan ictimaiyyəti bu məsələdə öz sözünü deməlidir. İlk növbədə Prezident bu məsələyə təcili müdaxilə etməlidir. Çünki Tofiq Yaqubluya ölüm cəzası verməyiblər. Qeyri-qanuni olaraq 4 il üç ay hökm oxuyublar. Buna etiraz olaraq, o şəxs özünə ölüm cəzası seçib. Cəza ilə əməl arasında bir uyğunluq olmalıdır. Bu cəzanı verən hakimlər və prokuror haqqında ən sərt cəzanın verilməsini tələb edirəm. Təcili şəkildə Tofiq Yaqublu azadlığa buraxılmalıdır. Bu məsələ təkcə Azərbaycandakı siyasi qüvvələrin əlində alət deyil, həm də xaricdəki qüvvələrin, ölkəmizə düşmən olan qrupların əlində alətə çevrilə bilər”.

ALDP rəhbəri Fuad Əliyev: “Çox təəssüf ki, illər boyu kiminsə ölümündən, siyasi məhbuslardan, kimlərinsə həbslərindən siyasi divident qazananlar olub. Mən də onun tərəfdarıyam ki, qanunsuz həbs olunanların hüquqlarını müdafiə etməliyik, həbsdə olanlara dəstək verməliyik. Amma ölüm aclığı aksiyasını keçirən kim olursa-olsun, şəxsən mən heç vaxt dəstək verə bilmərəm. Əksinə, onu bu yoldan çəkindirərəm. Amma bunlar əksinə, onu bu yoldan çəkindirmək əvəzinə, daha da vəziyyəti gərginləşdirirlər. Bunların əsas məqsədi anti-Azərbaycan təbliğatı aparmaqdır. Xaricdə məskunlaşan, milli hisslərini itirənlərin çoxundan istifadə etməklə dövlət və dövlətçiliyimizə qarşı çıxışlar edirlər. Belə fəaliyyət istiqaməti Azərbaycana, xalqa xəyanət deməkdir. Bunlar istəyirlər ki, Tofiq Yaqubluya nəsə olsun, məsuliyyətin birbaşa dövlət başçısının üzərinə düşdüyünü bar-bar bağırsınlar. Bunlara Tofiq Yaqublunun sağ qalması yox, ölümü lazımdır. Ona görə lazımdır ki, bundan ”şou" düzəltsinlər. Fürsətdən istifadə edib, Tofiq Yaqublunun ailə üzvləinə müraciət edirəm ki, onu bu ölüm aclığı aksiyasından çəkindirsinlər. Onun həbsi qeyri-qanunidir. İnanıram ki, yaxın zamanda Tofiq Yaqubluya verilən qərar dəyişəcək və o, azadlıqda olacaq".

T.Yaqublunun son durumu ilə də maraqlandıq. Onun vəkili Elçin Sadıqov “Yeni Müsavat”a bunları dedi: “Sonuncu dəfə onunla sentyabrın 14-də görüşdüm. Səhhəti yaxşı deyildi. Xahiş etdim ki, səhhətini nəzərə alaraq aksiyanı dayandırsın. Amma o, aksiyanı davam etdirməkdə israrlı olduğunu söylədi. Aclığı sona qədər davam etdirəcəyini bildirdi. Vəziyyəti getdikcə təbii olaraq pisləşir. Gözlənilir ki, apelyasiya şikayəti bugünlərdə göndərilsin. Biz şikayəti çoxdan vermişik. Amma məhkəmə bildirir ki, ayın 17-də göndərəcəklər”./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Yaqublu on dördüncü gündür aclığı davam etdirir

    Tofiq Yaqublu on dördüncü gündür aclığı davam ...

    15-09-2020, 16:45

  • 
  • Tofiq Yaqublu altıncı gündür aclığı davam etdirir

    Tofiq Yaqublu altıncı gündür aclığı davam etdirir ...

    7-09-2020, 11:55

  • 
  • Tofiq Yaqublu 11-ci gündür aclıq edir, Bakıda, Berlində, Nürnberqdə də aclıq edirlər

    Tofiq Yaqublu 11-ci gündür aclıq edir, Bakıda, ...

    12-09-2020, 10:53

  • 
  • Müsavat Partiyası Tofiq Yaqublunun hüquqlarının Müdafiə Komitəsi yaradıb

    Müsavat Partiyası Tofiq Yaqublunun hüquqlarının ...

    23-03-2020, 12:26

  • 
  • Tofiq Yaqublunun vəkili və ailə üzvləri qəzaya düşdü

    Tofiq Yaqublunun vəkili və ailə üzvləri qəzaya ...

    22-01-2014, 00:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (156)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu