Müsavat fəalı Tofiq Yaqublunun məhkəməsindən dönən ailə üzvləri və vəkili avtomobil qəzası keçiriblər. Bu barədə musavat.com-a T.Yaqublunun qızı, “Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Yaqublu məlumat verib. N.Yaqublu özü də qəza keçirib və yüngül yaralanıb.
T.Yaqublunun xanımı Maya Yaqublu və Müsavat fəalı, maşının sürücüsü Çingiz Əli xəsarət aldıqları üçün xəstəxanaya aparılıblar. T.Yaqublunun vəkili Xaliq Bağırov da qəza nəticəsində yüngül zədə alıb, lakin vəkil deyib ki, heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Nərgiz Yaqublunun da durumu yaxşıdır.
Hadisə İsmayıllı rayonunun Xənəgə kəndinin ərazisində baş verib.
Vəkil Xaliq Bağırov deyib ki, sıx duman olması səbəbindən maşın yoldan çıxıb və dərəyə yuvarlanıb. Hadisə yerinə polis və təcili yardım maşınları gedib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?