Son günlər cəbhə xəttində baş verən döyüşlərdə hərbiçilərin yanında olduğunu bildirmək və ruh yüksəkliyi yaratmaq üçün bir çox binaların eyvanlarından üç rəngli bayrağımız dalğalandırılır.
Sosial şəbəkələrdə bir çox insanlar bayraqlara tələb artdıqca qiymətlərin də yüksəldiyindən narazılıq ediblər.
Gundemxeber.Az bildirir ki, bununla bağlı Redaktor.az-a danışan iqtisadçı Samir Əliyev deyib ki, belə hallarda tərəzinin bir tərəfində biznes dayanırsa, digər tərəfində mənəviyyat dayanır.
“Yaxşı olardı ki, dövlətin simvollarından sui-istifadə halları olmasın. Əsasən də indiki dövrdə bayraqdan gəlir güdmək düzgün deyil. Sahibkar tərəzinin bir hissəsində öz gəlirini düşünəndə, digərində ölkə, vətən, millət anlayışını düşünməlidir. Sui-istifadə halları hər zaman olub. Bu da bazar iqtisadiyyatının amansız xarakteridir".
Sorğu
Yeni dizaynımız necədir?