Son günlər cəbhə xəttində baş verən hadisələrdən sonra bölgəyə yola düşən tanınmışların arasında yazıçı, millət vəkili Aqil Abbas da var idi.
Day.Az bildirir ki, Aqil Abbas cəbhədəki vəziyyətlə bağlı ölkə.az-a danışıb:
"Cəbhədə baş verən hadisələrlə bağlı çox şey bilirəm. Bildiyim sevindirici xəbərlər var, ancaq onları açıqlaya bilmərəm. Müdafiə Nazirliyi rəsmi olaraq təsdiq etməyənədək bu barədə danışmağı düzgün hesab etmirəm.
4 gündür bütün cəbhə boyu gəzirəm, səngərlərdə əsgərlərləyəm, kəndlərdə camaatla görüşürəm. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin dəfn mərasimində iştirak etdim. Camaatın əhval-ruhiyyəsi çox yüksəkdir. Əsgərlərimizin əhval-ruhiyyəsi xüsusilə yaxşıdır. Əsgərlərimzdə o qədər ruh yüksəkliyi var ki, inanın bu gün əmr verilsə, İrəvana qədər gedərlər".
Sorğu
Yeni dizaynımız necədir?