Gürcüstanda son sutka ərzində 1 186 nəfərdə koronavirus faktı aşkarlanıb.
GundemXeber,Az xəbər verir ki, bu rəqəm Gürcüstanda virus başladığı gündən bəri qeydə alınan rekord həddir. Ölkədə bu günədək 18 663 nəfərə COVID-19 diaqnozu qoyulub.
Virus səbəbilə həyatını itirənlərin sayı isə 7 nəfər artaraq 143-ə çatıb.
Qeyd edək ki, ümumilikdə 8 338 xəstə sağalıb, 10 182 nəfər isə hələ də aktiv virus daşıyıcısıdır.
Sorğu
Yeni dizaynımız necədir?