Dəyərli "DogruXeber.az" informasiya agentliyinin izləyiciləri,bilirsiniz ki,hamı böyük sevinc və coşqu ilə torpaqlarımızın yağı düşməndən azad edilməsinin sevincini yaşayır. Danılmazdır ki,birinci işğaldan azad edilən torpaqlar Cəbrayılın torpaqlarından başladı. Bu xəbər hamıya sevinc bəxş etdi. Cəbrayıl sakinlərinə isə ikiqat sevinc yaşatdı.
Məlumdur ki,hələ də cəbhədə qızğın döyüşlər gedir və bunun üçün də informasiya məkanında əsas önəm verdiyimiz məsələlər,baş verən hadisələrlə bağlı olur. Bəli,yaxşı bilirsiniz ki,müharibə şəraitində hamı öz peşəsi ilə döyüşə hazır olmalıdır.
Hətta deyərdim ki,bu cür şəraitdə hərə öz peşəsinin sahəsi üzrə döyüşlərini aparmalıdır. Bizim fəaliyyət göstərdiyimiz sahə isə jurnalistika sahəsi olduğu üçün,hər səpgidə mövzulara toxunmağımız məqbul hesab olunur. Düşünürük ki,istər ön cəbhə olsun,istərsə də arxa cəbhə hər iki məkanda haqsızlıqla mübarizə aparmaq səlahiyyətli şəxslərin vəzifə borcudur.
Məhz bu məqsədlə bu gün barəsində qısa bəhz edəcəyimiz mövzu, Cəbrayıl rayon ümumtəhsil məktəblərində baş verən özbaşınalıq və bu rayonunun sabiq təhsil şöbə müdiri "qəhrəman" Validə Həsənovanın çirkli əməllərindən və eyni zamanda özündən sonra çirkli əməllərinin bağlı qalması üçün yerinə öz "vəliəhti"ni necə buraxması haqda silsiləli olaraq bütün məlumatları video və audio faktlara əsasən diqqətinizə çatdıracağıq.
İlk öncə istərdik ki,xəyallarınızı bir qədər keçmişə qaytaraq və o zaman təhsil şöbə müdirlərinin hansı səlahiyyətlərə sahib olduqları və bu səlahiyyətdən necə sui-istifadə etdikləri haqda məlumatları diqqətinizə çatdıraq. Belə ki,keçmiş təhsil naziri Misir Mərdanovun zamanında,TŞ müdirlərinin məktəb müəllimlərindən tutmuş texniki işçiyə qədər vəzifəyə təyin etmək səlahiyyətləri var idi. Təbii ki,nazirliyin nəzarəti və rolu olmasına baxmayaraq,əsas işləri TŞ-nin müdiri həyata keçirirdi. Bu isə Cəbrayıl rayonunun sabiq TŞ-nin müdiri Validə Həsənova kimi rüşvətxor və korrupsioner məmura olduqca səmərəli iş yeri idi.
Düşünməyin ki,boş yerə rüşvətxor və korrupsioner deyə qeyd etdik,əsla,bu bir həqiqətdir. Çünki,17 il bu cür mühüm vəzifədə çalışan V.Həsənova iki dəfə Respublika Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən ciddi yoxlanılmışdır. Amma müəyyən şəxslərin sayəsində "kəfəni" yırtmağı bacardı. Əgər himayədar olmasaydı bu gün V.Həsənova həbsdə idi. Bu barədə növbəti buraxlışımızda geniş bəhs edəcəyik.
O ki, qaldı özündən sonra buraxdığı "varisi"nə,özünü ağıllı,savadlı və təcrübəli hesab edən hazırki TŞ-nin müdri Zamiq Qurbanov idarə etdiyi təhsil müəssəsini şəxsi mülkü kimi idarə edərək,istədiyi işçini işdən çıxardır, istədiyini isə işə götürür. Sanki bu müəssisədə "vərəsə"lik hökm sürür. Necə və hansı qaydada,bu haqda növbəti buraxlışlarımızda...
Bu rayonun o qədər "macera"ları var ki,yazmaqla bitib tükənməz. Amma biz, bacardığımız qədər ümumi olaraq bu rayonda olub bitənlər barəsində sizləri məlumatlandıracağıq. Bizi izləyin...!!!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?