GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Noyabrın 2-də məktəblər açılmayacaq” - AÇIQLAMA

“Noyabrın 2-də məktəblər açılmayacaq” - AÇIQLAMA

Tarix: 26-10-2020, 13:21 Bölmə :Cəmiyyət Baxış: 494
“Noyabrın 2-də məktəblər açılmayacaq” - AÇIQLAMA


Ötən gün Azərbaycanda daha 946 koronavirus faktı aşkarlanıb, 7 nəfər isə virus səbəbilə həyatını itirib. Məlum olduğu kimi, yoluxma sayının artması səbəbilə oktyabrın 19-dan etibarən ölkədə tədris prosesi 2 həftəlik dayandırılıb. Noyabrın 2-dən başlayaraq isə yenidən bərpa edilməsi nəzərdə tutulur.

Maraqlıdır, yoluxma artan templə davam edərsə, tədrisin bərpası mümkün olacaq?

GundemXeber,Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 2020-2021-ci tədris ili başlayandan biz Təhsil Nazirliyinin təhsilin əlçatanlığı istiqamətində heç bir addımını görmədik:

“Çox təəssüflər olsun ki, 2020-ci il Azərbaycan təhsili üçün heç də xoş il olmadı. Birinci pandemiya, sonra da müharibə şəraiti tədris prosesinə birbaşa təsir göstərdi. Mart ayında pandemiya səbəbilə dərslər dayananda Təhsil Nazirliyinin addımları nəticəsində müəyyən qədər tədrisin əlçatanlığı təmin olundu. Amma çox təəssüflər olsun ki, biz bunu 27 sentyabrdan sonra heç görə bilmədik. Təhsil Nazirliyi mart ayından iyun ayınadək çox mükəmməl işlədi. Bu və ya digər vasitələrlə şagirdlər üçün müəyyən qədər tədris sistemi təmin edildi. Amma 2020-2021- ci il tədris sistemi başlayanda biz Təhsil Nazirliyinin şagirdlər üçün təhsilin əlçatanlığı istiqamətində heç bir addım görmədik. Heç bir layihə, proqram hazırlanmadı. 27 sentyabrda müharibə şəraiti ilə əlaqədar internetin verilməsində problem yarandı. Bu səbəblə onlayn dərslər də dayanıb. Eyni zamanda 19 oktyabrdan ənənəvi tədris prosesi dayanıb. Bizim 1.6 milyon şagirdimiz, 185 min tələbəmiz, həmçinin peşə təhsil müəssisəsində təhsil alanlar tədris prosesindən tamamilə kənarda qalıblar. Virusa yoluxanların sayı 900-ü keçib. Bu gedişlə 1000-i də keçəcək. Noyabrın 2-dən başlaması nəzərdə tutulan tədris bu rəqəmlərlə təbii ki, başlaya bilməz, amma başlamalıdır. UNICEF, BMT, hətta ÜST-nin də verdiyi məlumatlar deyir ki, tədris prosesi dayanmamalıdır. Bu və ya digər formatda təmin edilməlidir. Format da çox rahatdır. Əgər siz ənənəvi formada dərslərə başlamırsınızsa, digər alternativ formanı tətbiq etməlisiniz. Amma Təhsil Nazirliyi bu istiqamətdə heç bir addım atmadı”.

Ekspert vurğulayıb ki, Azərbaycan məktəblisi və tələbəsi onlayn dərslərdə iştirak etmək üçün “Microsoft Teams”, “Zoom” kimi xarici proqramlardan istifadə edir:

“Bu müddət ərzində Təhsil Nazirliyi özünün bir platformasını yaratmalıydı ki, hər hansı bir problem yarandıqda vəziyyəti idarə edə bilək. İnternet məhdudiyyəti sosial şəbəkələrə və xarici proqramlara qoyulubsa, deməli, biz yeni bir portal yaratmalıydıq və rahatlıqla bütün şagird və tələbələr bundan istifadə etməliydi. İstər müharibə şəraiti bir il davam etsin, biz həmin proqramdan istifadə edə bilərdik. Rəşadətli Azərbaycanın Ordusunun ermənilərə vurduğu zərbənin videolarını izləyə biliriksə, deməli videolar çəkib təhsil üçün yaradılan portala yerləşdirilmək olardı, əgər belə bir şey yaradılsaydı...Təhsil Nazirliyi bu istiqamətdə heç bir iş görmədi. Rahat kabinetlərində oturdular, pullarını aldılar. Təsəvvür edin ki, tələbə ali məktəbə qəbul olub, gedib təhsil haqqını ödəyib, amma ona heç bir dərs keçilməyib, niyə keçilməyən dərsin tam şəkildə pulu ödənməlidir? Bu gedişlə magistr tələbəsi təhsil almadan diplomunu alacaq. Bunun ciddi fəsadları olacaq”.

Kamran Əsədov diqqətə çatdırıb ki, əmək bazarına bilik və bacarıqları olmayan şəxslər daxil olacaq:

“Bu problemlərin aradan qaldırılması üçün öz proqramımız olmalı idi. Tədris proqramı dəyişməli idi, heç bir plan olmadı ki, indi biz ondan istifadə edə bilək. Yoluxmalar ona görə baş verdi ki, məktəblərə ciddi nəzarət edilmədi. Sinifdə şagird sayı tənzimlənsə də, valideynlərin qapı arxasında gözləməsi tənzimlənmədi. Biz dedik ki, məktəbli avtobusları təşkil edilsin ki, şagirdlər ayrı avtobuslarla gedib gəlsinlər. Bu tədbirlər görülmədiyi müddətcə, təbii ki, tətilin müddəti də uzadılacaq. Bizim bu dəqiqə elə yaxşı müəllimlərimiz var ki, onlar təmənnasız olaraq evlərində hazırlıq kurslarında pulsuz uşaqlara repititor kimi dərs keçirlər. Bu gedişlə repetitorların fəaliyyətinə də məhdudiyyət gələ bilər. Nə baş versə də, onların fəaliyyətinə məhdudiyyət qoymaq olmaz. Təhsil Nazirliyi işləmədən pul qazanır, pul yeyir. Heç olmasa, kurslar işləsin ki, Təhsil Nazirliyinin görmədiyi işi hazırlıq kursları və repititorlar görsünlər, yazıqdır bu millətin balaları. Mən yenə deyirəm, öz hesabına tətilə gedilirsə, Təhsil Nazirliyi də tətilə getsin, oradakılara maaş verilməsin, onlar işləmədikləri halda niyə maaş alırlar ki? Nə pandemiyada, nə müharibə şəraitində biz onların heç bir normal fəaliyyətini görmədik. Heç bir addım atılmadı. Bu tətilin kompensasiya edilməsi şagirdlərə köməyə gətirib çıxaracaq”.

Həmssöhbətimiz hesab edir ki, tədris prosesinin hazırkı vəziyyəti davam edərsə, yekunda bizi böyük problem gözləyir:

“Bu rəqəmlər onu göstərir ki, noyabrın 2-də dərslər başlamayacaq. 2021-ci ildə buraxılış və qəbul imtahanları var, indidən bununla bağlı addımlar atılmalıdır. Azərbaycan təhsili bu gün dənizin ortasındakı gəmidir, istiqamət yoxdur. Bizim təhsilimiz başsız atlını xatırladır. Hara getdiyi, nə olacağı, ümidi, proqramı, proqnozu yoxdur. İbtidai sinif uşaqları hərf tanımır”.

GundemXeber,Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çində yenidən koronavirus həyəcanı - 20 yoluxma

    Çində yenidən koronavirus həyəcanı - 20 yoluxma ...

    5-10-2020, 13:50

  • 
  • Məktəblər sentyabrda da açılmaya bilər: Baş infeksionist də, ekspert də ümidli danışmır

    Məktəblər sentyabrda da açılmaya bilər: Baş ...

    9-05-2020, 14:17

  • 
  • Məktəblər bağlanacaq? - Rəsmi açıqlama

    Məktəblər bağlanacaq? - Rəsmi açıqlama ...

    23-09-2020, 11:43

  • 
  • Yeni Təhsil nazirindən dərslər barədə MÜHÜM AÇIQLAMA

    Yeni Təhsil nazirindən dərslər barədə MÜHÜM ...

    17-08-2020, 16:36

  • 
  • 1 həftəlik tətilə görə tədris ili uzadılacaq? - Rəsmi açıqlama

    1 həftəlik tətilə görə tədris ili uzadılacaq? - ...

    5-03-2020, 12:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu