Bu ifadə həqiqətən çox mənanı özündə ehtiva edir. Əslində mənim hər bir yaşıdım üçün bu gün bu məzmunda yazmaq çox asandır. Biz bu gerçək tarixin bir hissəsini yaşamışıq, bir hissəsini isə öyrənmişik. Yaşadığımız tarix öyrəndiyimiz tarixin davamıdır və onu tamamlayır. Lakin asan olduğu qədər də çətindir bu mövzuda yazmaq. Şanlı ordumuzun gecə gündüz demədən işğal altında olan torpaqlarımızı azad etmək uğrunda apardığı mübarizə fonunda oturub sadəcə yazı yazmaq ağır gəlir adama. Odur ki, mən bu yazını yazmağa başlayanda düşündüm ki, nəsə çox maraqlı başlıq seçməliyəm. Bu mövzuda o qədər bilgi cəmlənib ki beynimdə, hamısını ifadə edəcək titulu tapmağa çətinlik çəkirdim. Bu ad, Qarabağın Azərbaycanın əbədi və əzəli torpaqları olduğunu, azərbaycanlıların min illərdir bu torpaqlarda yaşadığını, bu coğrafiyada məskunlaşmış ən qədim xalqın Azərbaycan xalqı olduğunu və bir sıra digər faktorlara işıq salan bir başlıq olmalı idi. Düşündüyüm bütün versiyaların ən lokonik və dəqiq məntiqi nəticəsi sadəcə iki sözdə cəmlənirdi: Qarabağ Azərbaycandır! Bu ifadə Cənab Ali Baş Komandan tərəfindən o qədər dəqiq və yerində deyilmişdi ki, alternativini tapa bilmədim. Həqiqətən Qarabağ Azərbaycandır! Əslində bunun şərhə, isbata ehtiyacı yoxdur. İstənilən ölkənin vətəndaşı ilə, istənilən millətin nümayəndəsi ilə bircə saat söhbət etmək kifayət edər ki, onun da məntiqi bu qənaətə gəlsin. Sadəcə olaraq mənfur, nankor, riyakar ermənilərin daim apardığı iftira dolu informasiya müharibəsinə cavab vermək üçün məcburi olaraq Xankəndinin, Şuşanın və digər şəhər və kəndlərin adlarının tarixini və mənasını hər dəfə dilə gətirməliyik. Mənim fikrimcə, hətta ermənilərin maraqlarını müdafiə edən şəxlər belə ürəklərində bu həyasızlığa heyrandırlar. Necə ola bilər axı, bir neçə yüz il öncə Qarabağ xanlarının istirahəti üçün salınmış yaşayış məntəqəsinin adını keçən əsrin əvvəllərində yaşamış Stepan Şaumyanın adı ilə bağlıyıb Stepanakert adlandırasan və daha sonra da biz əvvəldən burda yaşayırdıq iddasını irəli sürəsən? Heç Qarabağ sözünün özü belə erməni dilində deyil axı. Axı o ərazidə bir dənə belə olsun erməni dilində tarixi yer adı tapmaq mümkün deyil. Bunu Osmanlı imperiyasının arxiv sənədlərindən tutmuş Çar Rusiyasının arxivində olan sənədlərə kimi bütün rəsmi mənbələrdə görmək olar. Digər yandan, düşünəndə ki, bu xalq “Sarı gəlin”i Azərbaycan dilində ifa edərək, onu da özünə aid olduğunu iddia edir, daha təəccüb və heyranlıq hissi də qalmır. Əslində mən “biz ermənilərdən daha öncə bu məsələləri dünya ictimaiyyəti qarşısında işıqlandırmalıydıq” fikri ilə çox da razı deyiləm. Müxtəlif üsullarla mövcudluğunu sübüt etməyə çalışmaq xırda xalqlara məxsus davranışdır. Bu təmamilə aydın mənzərədir. Müxtəlif mifik fikirlər irəli sürüb öz əhalisini boş cəfəng tarixi keçmişə inandırmaq özü elə tarixi keçmişin olmamasına dəlalət edir. Erməni ideoloqlar cox vaxt bu cəfəng ideyaları ucbatından özlərini biabır etmiş olurlar. Həmin cəfəng ideologiyalara əsasən, dünyada ilk insanlar ermənilər olmuş, Allah erməni dilində danışır, Avrasiya materikində ilk dövlət erməni dövləti olmuş və sair bir sıra absurd fikirlər. Bu gün dünyada yaşayan 7 milyard insandan cəmi 5 milyonu erməni millətinin nümayəndəsidir. Nəzərə alsaq ki 500 il öncə dünya əhalisi yarım milyarddan da az idi, 5 milyonu eyni nisbətlə azaltsaq, belə bir nəticəyə gəlmək olar ki, bir necə yüz il öncə yəqin ki ermənlər bir qəbilədən böyük olmamışlar. Avrasiyada ilk dövlət olmaları üzrə cəfəng ideyaları da Qarabağla bağlı gülünc iddiaları kimi özünü biabır etməkdən başqa heç nə ilə nəticələnə bilməz. Müzəffər Azərbaycan ordusu Azərbaycanın əzəli və əbədi bir parçası olan Qarabağı düşmən tapdağından azad etmək yolunda şanlı qəhrəmanlıqlar səhifəsini yazdı. Ali baş komandanın rəhbərliyi altında tarixi Azərbaycan torpaqları öz əsl yiyələrinə qaytarılır və tarixi ədalət bərpa olunur. Hər nə qədər bir sıra dövlətlər, qurumlar, şəxslər gerçəyi bilə-bilə yalan danışsalar da, tarixi həqiqətləri dəyişməyə heç kimin gücü yetməz.
Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?