Gürcüstanda ötən sutkada daha 3 697 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 2 409 nəfər sağalaraq evə buraxılıb, 38 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 93 092-yə çatıb. Onların 73 877-si sağalıb, 853-ü isə dünyasını dəyişib.
Karantin rejimində saxlanılanların sayı 2 186, stasionar nəzarətdə olanların sayı isə 5 833 təşkil edir. 3 518 nəfər isə xüsusi otellərdə tibbi nəzarət altındadır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?