Biləsuvarın sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib.
Gundemxeber.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb. Təqdimat məhkəmədə təmin edilib.
Məhkəmənin qərarı ilə M.Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?