Azərbaycanda “103” xidmətinə daxil olan telefon zənglərinin sayı açıqlanıb.
Bu barədə İcabri Tibbi Sığorta Agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə koronavirusla mübarizəyə cəlb olunmuş bütün səhiyyə strukturları gücləndirilmiş iş rejimində çalışırlar:
"Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayının artması təcili tibbi yardıma edilən müraciətlərin sayının da artmasına səbəb olub. Pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3 000-ə, çağırışların sayı 1 500-2 000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2 000-2 500-ə yaxındır. İş yükünün artmasına baxmayaraq, hər bir çağırış müvafiq qaydada icra olunur. Bəzən təcili tibbi yardıma ehtiyacı olmayan xəstələrin “103” xidmətinə çoxlu sayda müraciəti telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?