Sentyabrın 27-dən oktyabrın 8-nə kimi Daxili İşlər Nazirliyinin 102 və Fövqəladə Hallar Nazirliyinin 112 - Zəng Mərkəzindən Agentliyə 402 çağırış edilib, 366 əməliyyat çıxışı icra olunub.
Gundemxeber.Az-in məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyyatlar üzrə meneceri Elnur Qasımov deyib.
Onun sözlərinə görə, bu çıxışlar hər dəqiqə dəyişir: “Çünki agentliyin qrupları kiçik bölmələr şəklində yaşayış məntəqələrində, şəhərlərdə çağırışlara cavab olaraq dərhal həmin əraziyə gedir. Onları təhlükəyə məruz qoyacaq obyektlərin götürülməsi və zərərsizləşdirilməsi işləri gedir”.
Sorğu
Yeni dizaynımız necədir?