Dekabrın 14-də Ermənistanın əsirliyindən azad edilmiş Bayram Kərimov bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.
O, azad olunması, vətənimizə, ailəsinə qovuşması ilə bağlı duyğularını bölüşüb:
“Cənab Prezidentimə, Mehriban xanıma təşəkkür edirəm. Onların sayəsində torpağımdayam, vətənimdəyəm. Bu gün ailəmlə görüşəcəyəm. Evimə-eşiyimə gedirəm.
Azərbaycan ordusunun bayramını təbrik edirəm. Allah hamısını qorusun. Şəhidlərimizin qarşısında baş əyirəm. Allah hamısına rəhmət eləsin”.
Xatırladaq ki, dekabrın 14-də Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyev erməni əsir və girovluğundan azad edilərək, Azərbaycana gətirilib. Onlar iki həftəlik karantin rejimində saxlanılırdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?