GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub - Səhiyyə Nazirliyi

Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub - Səhiyyə Nazirliyi

Tarix: 12-01-2021, 12:12 Bölmə :Cəmiyyət Baxış: 302
Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub - Səhiyyə Nazirliyi


“Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub. Stress reaksiyalarının yaranmasında və ağırlığında şəxsin fərdi təsirlənmə və özünü idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir. Əlamətlər tipik qarışıq və dəyişkən mənzərəyə malikdir, düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mümkünlüyü ilə ilkin “heyrət” halından ibarətdir. Bu hal ətraf situasiyadan “uzaqlaşma” (dissosiativ stupor halına qədər) və ya yüksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) müşayiət oluna bilər. Bu zaman adətən həyəcanın əlamətləri də (taxikardiya, həddən artıq tərləmə, qızarma) mövcud olur. Şəxsdə stress hadisəyə qarşı hissəvi və ya tam amneziya da baş verə bilər”.

Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov deyib. O bildirib ki, hərbçilərin və əsgərlərin çoxunda kəskin stress reaksiyası əlamətləri kimi qıcıqlılıq, yuxusuzluq, "fleşbeklər" (müharibə görüntülərini dəfələrlə parlaq təəssüratlarla yaşama), səsə qarşı kəskin oyanıqlıq, emosional dəyişik reaksiyalar (müalicə aldıqları müddətdə döyüş və şəhid xəbərlərinə qarşı həssaslıq), mutizm (qısa müddətli nitqin itməsi) və müxtəlif psixosomatik şikayətlər olub.

“Posttravmatik stress pozuntusu hər bir şəxsdə dərin stress törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciə xarakterli stress hadisəsinə təxirəsalınmış və ya yubanmış cavab kimi meydana çıxır. Belə ki, psixi sağlamlıq xidmətləri üçün müraciət edən hərbiçilərdə və əsgərlərdə kəskin stress pozuntusu əlamətləri davamlı və uzunmüddətli olduqda posttravmatik stress pozuntusu diaqnozuna dəyişdirilir.

Psixoloji yardım üçün müraciət edən kəskin stress reaksiyası yaşayan bütün hərbiçilərə və əsgərlərə ilkin psixoloji yardım göstərilirdi. İlkin psixoloji yardım kəskin stress əlamətlərinin azalması və tələbatların ödənilməsinə yönəlmiş mərhəmətli və dəstəkedici yardım növüdür. İlkin psixoloji yardım zamanı şəxslərə praktiki və emosional dəstək göstərilir, onların tələbatları və problemləri öyrənilir, əsas tələbatların ödənilməsinə yardım olunur və böhran vəziyyətinin qarşısı alınaraq insanlara stabil vəziyyətdə qalmağa kömək edilir. Bu isə hərbiçiləri və əsgərləri gələcəkdə baş verə biləcək zərərlərdən qoruyur”.

Həkimin sözlərinə görə, posttravmatik stress pozuntusu diaqnozu təyin edilmiş hərbçilərə və əsgərlərə həm klinik psixoloqlar tərəfindən psixoloji yardımın müxtəlif növləri (psixoloji profilaktika, psixoloji konsultasiya, psixoloji dəstək, psixoterapiya), həm də psixiatrlar tərəfindən dərman müalicəsi təyin olunur: “ Psixoloji yardımın növü və dərman müalicəsi psixi problemin ağırlıq dərəcəsinə əsasən təklif edilir.

Bundan əlavə posttravmatik stress pozuntusu diaqnozu təyin edilmiş hərbçilərə və əsgərlərə əsasən psixoloji yardımın psixoterapiya növü olan koqnitiv-davranış terapiyası (KDT) aparılır. KDT travmatik hadisənin hərbiçidə və əsgərdə yaratdığı emosional, koqnitiv və davranış nəticələrinə yönəlmiş qısamüddətli və strukturlaşdırılmış psixoloji müdaxilədir. Bu zaman PTSP-dən əziyyət çəkən hərbçi və əsgərlər travmatik hadisə ilə bağlı xatirələri ilə, həmçinin travma ilə bağlı çəkinmə situasiyaları ilə idarə olunan və təhlükəsiz mühitdə üzləşdirilir (təsəvvür ekspozisiyası). PTSP-nin müalicəsində koqnitiv davranış terapiyası hərbiçilərə travmatik hadisə ilə bağlı əmələ gələ bilən təhrif olunmuş mənfi fikirləri, eləcə də özləri və ətraf mühit haqda uyğun olmayan, faydasız inancları müəyyənləşdirmək, aradan qaldırmaq və dəyişməkdə kömək edir.

Səksəkə və qorxu bir çox psixi pozuntunun əlaməti kimi özünü göstərə bilər. Buna görə də əvvəlcə hərbiçi və əsgərlərdə diaqnozun dəqiqləşdirilməsi aparılır. Daha sonra ona uyğun psixi sağlamlıq xidmətləri təklif olunur”.

F. İsmayılov qeyd edib ki, hərbçilərə, əsgərlərə, onların ailələrinə və müharibədən xəsarət almış vətəndaşlara psixoloji problemlərin xüsusiyyətlərindən asılı olaraq psixoloji yardım müxtəlif müddətlərdə göstərilir: "Müddətindən asılı olaraq şəxslərə təcili, qısa müddətli və uzun müddətli psixoloji yardım növləri göstərilir.

Təcili psixoloji yardım – böhran vəziyyəti, neqativ psixoloji gərginliyin aradan qaldırılmasına istiqamətlənmiş ilkin psixoloji yardımın təxirəsalınmadan göstərilməsidir. Qısamüddətli psixoloji yardım (12 məşğələyə qədər) psixoloji yardım alan şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla 3 ay müddətində ardıcıl şəkildə həyata keçirilir. Uzunmüddətli psixoloji yardım 12 məşğələdən çox müddət tələb edən psixoloji yardımın, o cümlədən psixoterapiya və ya psixoloji reabilitasiyanın həyata keçirilməsidir (3 aydan daha uzun müddət).

Qeyd edim ki, Azərbaycan Respublikasında psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 397 nömrəli Qərarı ilə təsdiq edilib.

Müharibə bitdikdən sonra çətin psixoloji vəziyyət şəhid ailələrinin itkini qəbul etməsidir. Şəhid ailələrinin üzvlərində fəsadlaşmış hüzn reaksiyaları baş verir. Onlar hüznün şok və inkar, güclü emosiyalar, depressiya və itkinin qəbul edilməsi mərhələlərini yaşayırlar. Şəhid ailələrinin üzvlərində itkinin qayıtmayacağının dərk olunması çıxılmazlıq, emosional boşluq, kəskin tənhalıq hissləri doğurur. Onlarda eyni zamanda digər kəskin ifadə olunmuş affektiv reaksiyalar da müşahidə edilə bilər.

Fəsadlaşmış hüzn reaksiyası yaşayan şəhid ailələrinə interpersonal psixoterapiya (İPT) yardımı göstərilir”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müharibə zonalarında yaşayan hər beş insandan birində əqli xəstəliklər müşahidə edilir

    Müharibə zonalarında yaşayan hər beş insandan ...

    13-06-2019, 16:17

  • 
  • İsa Qəmbər benzin xəbərinə reaksiyası

    İsa Qəmbər benzin xəbərinə reaksiyası ...

    3-12-2013, 10:39

  • 
  • COVID-19 zamanı stress necə idarə edilməlidir?

    COVID-19 zamanı stress necə idarə edilməlidir? ...

    20-07-2020, 10:59

  • 
  • Son zamanların ən populyar oyuncağı - Stress çarxı

    Son zamanların ən populyar oyuncağı - Stress çarxı ...

    11-05-2017, 21:01

  • 
  • Bakıda əhali arasında yayılan hansı virusdur? — Nazirlikdən açıqlama

    Bakıda əhali arasında yayılan hansı virusdur? — ...

    25-01-2018, 15:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu