“Yanvarın 18-ə qədər imtahan tarixləri barədə fikir söyləməyə ixtiyarım yoxdur. İmtahan tarixlərini yalnız həmin vaxtdan sonra təxmini də olsa, söyləyə bilərik”.
Gundemxeber.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, yaxın günlər üçün sadəcə imtahanların ardıcıllığını açıqlamaq mümkündür:
“Tarixlər hər dəfə pandemiyanın şərtlərindən asılı olur. Biz tarixlərlə bağlı təklifləri hazırlayıb, hökumətə öncədən təqdim edirik. Buraxılış imtahanlarının strukturu elan olunub və xüsusi jurnal da çıxıb”.
DİM sədri qeyd edib ki, mart ayında imkan olsa, qəbul imtahanları yenə də iki mərhələdə (yaz və yay) keçiriləcək.
O bildirib ki, bu məsələlər müzakirə edilir:
“Çalışacağıq ki, bu il abituriyentlərə iki şans verilsin. İmtahanların ardıcıllığı müəyyən olunanda və aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, ötən il pandemiya səbəbindən qəbul imtahanı bir mərhələdə keçirilmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?