Polşanın Zlotniki şəhərində xəstədən götürülmüş qan nümunəsində mutasiyaya uğramış koronavirusun daha sürətlə yayılan növü aşkar edilib.
Polşa Xəbər Agentliyi PAP-ın hesabatına görə, xəstədən alınan nümunədə Böyük Britaniyada ortaya çıxan virusun sürətli yayılan növü təyin olunub.
Xəstənin vəziyyəti ilə bağlı məlumat verilmir.
Polşa Səhiyyə Nazirliyindən bildirilib ki, gələn həftədən etibarən COVID-19-un mutasiya olunmuş növünün ölkədə nə qədər yayıldığını müəyyənləşdirmək və bunun mümkün nəticələrini qiymətləndirmək üçün işə başlayacaqlar.
Polşada son 24 saat ərzində koronavirusa 7 152 yeni yoluxma, 419 ölüm qeydə alınıb.
Ümumi yoluxma sayı 1 457 755-ə, virus səbəbiylə ölənlərin sayı isə 34 561-ə çatıb
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?