Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniyada təsbit edilmiş koronavirusun yeni ştammı barədə məlumatları müzakirə etmək üçün iclas keçirəcək.
Gundemxeber.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge tvitter səhifəsində məlumat verib.
“ÜST test strategiyalarını müzakirə etmək və virusun yayılma riskini azaltmaq üçün üzv dövlətləri iclasa çağıracaq”, - o yazıb.
Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.
Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.
ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?