GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Medianın İnkişafı Agentliyi:Reallıqlar və gözləntilər

Medianın İnkişafı Agentliyi:Reallıqlar və gözləntilər

Tarix: 28-01-2021, 13:25 Bölmə :Cəmiyyət Baxış: 449
Medianın İnkişafı Agentliyi:Reallıqlar və gözləntilər


Media ilə bağlı siyasi hakimiyyətin hansısa qərar verəcəyi gözlənilən idi…Səbəblər çox olsa da 44 günlük Vətən Müharibəsində Azərbaycan media cəbhəsinin ön cəhbə ilə adekvat olmaması da bu istiqamətdə stimullaşdırıcı faktor oldu. Ölkə mediasının görməli olduğu işi de-fakto dövlət başçısı görməli oldu... Məlum oldu ki, bu qədər qayğının, dövlətin milyonlarla vəsait xərcləməsinin qarşılığında Azərbaycan mediasının səsi heç “Biləcəridən o tərəfə də eşidilmir”. Səbəb nədir? Nələr olmalı idi, olmayıb? Səbəbkarlar kimdir? Və s. Bütün bunlarla bağlı xüsusi ilə son günlər çox yazılır, çox deyilir. Və dövlətin aidiyyatı strukturları da gərəkən ölçüləri götürməkdədir. Mənim də bu yazıda diqqət çəkmək istədiyim medianın çabaladığı problemlər bataqlığından xilas, həll yollarıdır.

***

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Fərmana əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Beləliklə də, yeni yaradılan quruma müstəsna səlahiyyətlər verilir. Agentliyin müxtəlif istiqamətli çoxfunksiyalılığa malik olması media cameəsində birmənalı qarşılanmır... Bu haqda bir az sonra.

Xatırladım ki, nizamnaməsinə əsasən, Agentliyin fəaliyyət planı ümumilikdə 4 funksiyadan ibarətdir. 1-ci funksiya medianın inkişafına metodiki dəstək, media mənsublarına təlim-tədrisin təşkili, bu sahədə tədrisin formalaşması ilə bağlı köməkliyin göstərilməsi, 2-ci funksiya medianın inkişafına texniki dəstək, media subyektləri və media subyektlərində çalışan əməkdaşlar üçün təlimlər keçirərək onların peşə və ixtisalarını artırmaq, 3-cü funksiya normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim olunması, 4-cü funksiya isə maddi dəstək, yəni, media subyektlərinin biznes modelinə keçid mərhələsində fəaliyyət istiqamətinə dəstək və bununla da medianın iqtisadi müstəqillik əldə etməsinə şərait yaratmaq.

Bəs Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonudunun (KİVDF) Medianın İnkişafı Agentliyinə (MEDİA) çevrilməsi, mediamızda nəyi dəyişəcək? İllərdir haqqında danışdığımız və sadalamaqla bitməyən problemlərin başlıca səbəbi olan medianın iqtisadi asılılığına son qoymaq, bu sahədə şəffaf biznes mühitinin formalaşması mümkün olacaqmı? Və s. Hələ ki, bu kimi suallar açıq qalır.

Müstəqil və senzurasız media

Hədəf müstəqil və senzurasız media olamlıdır və deyilənə görə belədi ki, var. Başlıcası bunu hədəfləmək və bu istiqamətdə çarpışmaqdır. Bu hədəfə gedən yol isə medianın iqtisadi asılılıqdan qurtulmasından və biznes subyektinə çevrilməsindən keçir. Təəssüf ki, çağdaş Azərbaycan media cameəsində iqtisadi asılılıqı olmayan, sözün bəlli mənasında müstəqil media quruluşu haqqında danışmaq yumşaq desək çətin məsələdir. İllərdir ki, bu ölkədə bir yandan KİVDF-nin, digər yandan isə hansısa məmur zümrəsinin sayəsində ələbaxımlı, buyruq qulu imicli media formalaşmaqdadır. Belə olduqcada “Səsimiz Biləcəridən o tərəfə eşidilmədi və eşidilməyəcək də”. Hansısa saytın iki yox, üç, lap elə beş dilli olması ölkə xaricində oxucu kütləsi qazanması üçün yalnız və yalnız ilkin şərt ola bilər. Hansısa ingilisi, ya da rusu oxucu olaraq qazanmaq üçün onun ana dili ilə istədiyini tapa biləcək media quruluşu qurmalıyıq...Müstəqil-hansısa kənar təsirlərdən, asılılıqlardan sığortalanmış media.



Bu arada Medianın İnkişafı Agentliyinin İcraçı direkoru Əhməd İsmayılov Agentliyin sələfi KİVDF-dən fərqli olaraq medianın biznes subyektinə çevrilməsini təmin edəcəyini bildirir: “Məqsədimiz, hər bir media subyekti ilə ayrı-ayrılıqda biznes fəaliyyətinin araşdırılması, oun təhlil olunması və beynəlxalq aləmdə olduğu kimi, qabaqcıl media biznesinin idarəedilməsi istiqamətindəki aparıcı təcrübənin bizim media subyektlərinə də tətbiq edilməsi imkanlarını araşdırmaq və bunun tətbiqi ilə bağlı layihələrlə dəstək göstərməkdir. Bu, bizə imkan verəcək ki, iqtisadi asılılıq baxımından bizim media subyektləri müstəqilliyini təmin etmiş olsunlar. Çünki media subyektinin birbaşa məqsədi məhz informasiyanın yaradılması, əldə edilməsi və ötürülməsindən mənfəət əldə etməkdir. Biz bu mexanizmin işə düşməsini təmin etməliyik ki, bu gəlirlər vasitəsi ilə media subyektləri özlərinin inkişafına, eyni zamanda mediada çalışan jurnalisltərin sosial təmiantının yaxşılaşmasına, onların peşə hazırlıqlarının artrılmasına yardım edilsin”.

Əhməd müəllim beynəlxalq aləmdəki aparıcı media biznesi təcrübəsinin ölkə mediasında tətbiqini qeyd edir. Çox ümüdverici mesajdır. Əslində “ikinci Amerika kəşf etməyə ehtiyac da yoxdur”. Gözümüzün önündə ən azı Türkiyə, Avropa media modeli var... Təbii ki, əgər görmək istəsək.

Ümüd edək ki, Medianın İnkişafı Agentliyi dövlət vəsaitinin mediada ənənəvi paylanmasını, hansısa kənar meyarlarla baş redaktorlar arasında bölüşdürülməsini yox, icraçı direkorun da dediyi kimi, “beynəlxalq aləmdə olduğu kimi, qabaqcıl media biznesini araşdırmaq... və bunun tətbiqi ilə bağlı layihələrlə dəstək göstərməyi” üstün tutacaq.

***

İqtisadi özünütənzimləmə ilə bərabər, həm də kənar təsirsiz media... Yuxarıda Medianın İnkişafı Agentliyinin müstəsna səlahiyyətləri dedikdə məzmuna müdaxilə, cəzalandırma və istiqamətvermə kimi hüquqları nəzərdə tuturam. Bəli, Agentliyin istənilən media orqanı haqqında qərar vermək və gərəkirsə aidiyyatı dövlət strukturuna müraciət etmək hüququ var. İnkişaf etmiş, müstəqil medianın hədəflənməsi fonunda Agentliyin bu səlahiyyətləri narahatedici görünür. Nəzərə alsaq ki, jurnalistika yenilənir, yeni janrlar..., yeni texnologiyalar və s. onda təzadlı mənzərə ilə üzbəüz qalırıq.

Qanunlar, müstəqil məhkəmələr var ikən Agentliyə cəzalandırmaq kimi bir hüququn verilməsini anlamaq bir az zor. Kimsənin hansısa şikayəti olarsa aidiyyatı üzrə məhkəmə instansiyasına müraciət etmək haqqı və hüququ var. Arzu edək ki, Agentliyin medianı cəzalandırmaq hüququ mediamız, jurnalist ordumuz üçün problem doğurmayacaq.

***
Media-məmur münasibətlərindəki problem də aktuallığını qorumaqdadır. Hələ də əksər səlahiyyət sahibləri mətbuatla işləməyin, jurnalist sorğularına zamanında və qaydasında cavab verməyin onların həm də vəzifə borcu olduğunu qəbul etmək istəmirlər. (Ya mətbuat xidmətləri yoxdur, ya da yox kimi bir nəsnədir.İ.S.) Nəticədə isə dərc olunmuş hansısa məlumatın yanlışlığı səbəbindən problem, qalmaqal yaşanır...Nizamnaməsinə uyğun olaraq Medianın İnkişafı Agentliyinin bu istiqamətdə də işləyəcəyi gözlənilir.

Jurnalistlərin hüquqları, daha doğrusu hüquqlarının qorunmaması da bir başqa bəladır. Az qala hər gün mediada hansısa jurnalistin təhdidə, təhqirə məruz qalması haqqında ya eşidir, ya oxuyuruq. Hər epizod da hüquq-mühafizə orqanlarının araşdırma predmeti olmur...

Medianın İnkişafı Agentliyinin medianın, jurnalistlərin güman yeri, sözün dayağı olacağı ümidi ilə...

Medianın İnkişafı Agentliyi:Reallıqlar və gözləntilər


İlqar Salmanov
yenixeber.org saytının baş redaktoru
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Bu, medianın seçkilərdə ən zəif iştirakıdır”

    “Bu, medianın seçkilərdə ən zəif iştirakıdır” ...

    11-10-2013, 11:04

  • 
  • Araz Aslanlı: Azərbaycan seçkilərdə Türkiyə mediasının təcrübəsindən istifadə edə bilər [Video-müsahibə]

    Araz Aslanlı: Azərbaycan seçkilərdə Türkiyə ...

    3-07-2018, 11:39

  • 
  • Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradılıb-KIVDF LƏĞV EDİLDİ

    Azərbaycanda Medianın İnkişafı Agentliyi ...

    12-01-2021, 19:18

  • 
  • PA-nın sektor müdiri: “Media dövlətin təhlükəsizliyini diqqətdə saxlamalıdır”

    PA-nın sektor müdiri: “Media dövlətin ...

    4-02-2014, 12:44

  • 
  • Arif Əliyev: Jurnalistlərin həbsi hökumətin özünün əleyhinə işləyir

    Arif Əliyev: Jurnalistlərin həbsi hökumətin ...

    4-05-2019, 15:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu