GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət »  Təhsil üçün faizsiz kredit: Yeni işartılar var, lakin sualları ilə birgə - GƏLİŞMƏ

 Təhsil üçün faizsiz kredit: Yeni işartılar var, lakin sualları ilə birgə - GƏLİŞMƏ

Tarix: 30-01-2021, 15:00 Bölmə :Cəmiyyət Baxış: 906
 Təhsil üçün faizsiz kredit: Yeni işartılar var, lakin sualları ilə birgə - GƏLİŞMƏ


Tələbə kreditləri məsələsi uzun illərdir ölkəmizdə həll olunmamış qalır. Bu səbəbdən bir çox gənc ali təhsildən kənarda qalır, çünki təhsil haqqı hər kəs üçün əlverişli deyil. Koronavirus pandemiyası ev təsərrüfatlarının gəlirlərinin azalmasına səbəb oldu və bu problemi daha da qabartdı. İndi maliyyə çatışmazlığı səbəbindən universitetdə təhsilinə başlaya və ya davam etdirə bilməyənlərin sayı çox olacaq.

Təhsil naziri Emin Amrullayev bu yaxınlarda keçirdiyi brifinqdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə danışarkən, təhsil haqlarında problem olduğunu etiraf etdi. Bildirdi ki, bu məsələ universitetlərlə əlaqələndirilərək, fərdi qaydada həll olunmalıdır. Nazirin sözlərinə görə, hökumət ilə parlament arasında təhsilə verilən kreditlər barədə razılaşma planları var. Bunun üçün 80 milyon manat ayrılması planlaşdırılır.

Əmrullayev aztəminatlı vətəndaşlara, eləcə də yüksək akademik nəticələri olan tələbələrə təhsil üçün faizsiz kredit verilməsinin planlaşdırıldığını söylədi. Beləliklə, dövlət aztəminatlı ailələrin üzvlərinə və xüsusən də istedadlı insanlara ali təhsil almaq imkanı yaradır.

Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilov AYNA-ya açıqlamasında deyib ki, tələbə krediti məsələsinin yenidən gündəmə gətirilməsi sevindiricidir: “Bu məsələ dəfələrlə qaldırılsa da, yalnız indi konkret təkliflər var. Bununla yanaşı, təkliflər hələ araşdırma və müzakirə mərhələsindədir. Bu məsələnin həlli çox vacibdir, çünki ölkə hər kəsin təhsil almasını təmin edən bir kurs seçib və bu siyasət ali təhsilə də aiddir. Çalışmalıyıq ki, Azərbaycanda daha çox ali təhsilli insan olsun. Ancaq təbii ki, təhsilin keyfiyyətini artırmağı da unutmamalıyıq”.

Onun sözlərinə görə, təhsilin yüksək qiyməti səbəbindən, bir çox tələbə xarici ölkələrdə ödənişin daha aşağı olduğu universitetlərdə oxuyur: “Ancaq təhsil naziri düzgün olaraq dedi ki, bir nəfər üçün illik təhsil xərcləri 2500 manatdan 500 manata qədər kəsilərsə, bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərəcək”.

Faizsiz kreditlərə gəldikdə, ekspertin fikrincə, yaxşı bir bilik səviyyəsinin göstəricisi yalnız qəbul zamanı və ümumiyyətlə təhsilin nəticələri ilə toplanan bal ola bilər: “Yaxşı ki, savadlı, oxuyan tələbələrə ali təhsil almaq imkanı veriləcək. Aşağı gəlirli ailədən olan tələbələrin təhsili üçün faizsiz kreditə dair qərar da düzgündür”.

Ancaq bu məsələnin bir tərəfidir. Başqa bir tərəfi də var. Bir sıra abituriyentlər qəbul üçün kifayət edən, lakin çox yüksək olmayan bir bal toplayır, amma onlar imkanı aşağı olan ailələrə aid olmasalar da, yenə də təhsil haqqını ödəyə bilmirlər. Onların taleyi necə olacaq? Ekspert bildirib ki, bu cür tələbələr də təhsil almaq üçün aşağı faizlə kredit ala bilməlidirlər: “Xatırlatmaq istərdim ki, digər ölkələrdən fərqli olaraq, bizdə yerli bankların onlara aşağı faizlə pul verməsi sərfəli olmadığı üçün bu məsələ hələ də həll olunmayıb”.

İsrafilovun sözlərinə görə, tələbə krediti haqqında qanun qəbul edilməlidir. Bununla belə, bu cür kreditlərlə bağlı bir bəndin hazırda qəbul mərhələsində olan “Ali təhsil haqqında” Qanuna daxil edilməsi də mümkündür.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev də AYNA-ya açıqlamasında, tələbə krediti məsələsinin uzun illərdir həll olunmadığını qeyd edib. O inanır ki, banklarımız bu kreditə razı olmayacaq, çünki, onlar üçün sərfəli deyil.

“Bəzi ölkələrdə, bizdən fərqli olaraq, faiz dərəcələri çox aşağıdır. Kommersiya bankları təhsilə kredit verilməsi ilə, ümumiyyətlə məşğul olmamalıdır. Bu prosesə onları yox, istedadlı gənclərin təhsildən sonra bir neçə il onlar üçün çalışacaqları şərti ilə, bu kreditləri verəcək sahibkarları cəlb etmək lazımdır. Faizsiz kreditlərlə bağlı düşünürəm ki, dövlətimiz bu məsələni həll etmək istəyirsə, Neft Fondunu da cəlb etməliyik. Tələbələrin xaricdə təhsili üçün müəyyən məbləğlər ayrılır, bəs niyə ölkə daxilində oxuyanlar üçün vəsait tapılmasın? Tələbələr dövlətimizin gələcəyidir, Neft Fondunun ehtiyatlarının 25%-i də elə gələcək nəsillər üçün nəzərdə tutulub”, - həmsöhbətimiz vurğulayıb.

Ağayevin sözlərinə görə, faizsiz kreditlərlə geri ödəmə müddəti çox da uzun olmamalıdır: “Təhsil kreditlərinin yalnız istedadlı tələbələr üçün verilməsinin yanlış olduğunu düşünürəm. “İstedad” anlayışının özü də birmənalı deyil və subyektivdir. Məsələn, Eynşteyni heç kim istedadlı saymırdı, hətta, ayaqqabılarının bağını belə, bağlaya bilmirdi, amma indi hamı onun adını bilir”.

“Qazanılan ballardan irəli gələrsək, mənzərə daha aydın olur - iddiaçı keçid balından iki dəfə daha çox nəticə əldə edibsə, belə tələbə mütləq təhsil üçün faizsiz kredit almalıdır. Hesab edirəm ki, ailənin aşağı gəlirli olması təhsil üçün faizsiz kredit verilməsində bir meyar olmamalıdır. Bu məsələdə yeganə amil bilik olmalıdır”, - mütəxəssis əlavə edib.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Təhsil kreditləri faizsiz olmalıdır” - AÇIQLAMA

    “Təhsil kreditləri faizsiz olmalıdır” - AÇIQLAMA ...

    22-01-2021, 15:57

  • 
  • Nazir: "Təhsil haqqı üçün hər tələbəyə güzəşt edilməsi mümkün deyil"

    Nazir: "Təhsil haqqı üçün hər tələbəyə ...

    27-08-2020, 18:14

  • 
  • Tələbələrə şad xəbər - təhsil kreditləri faizsiz oldu

    Tələbələrə şad xəbər - təhsil kreditləri faizsiz ...

    16-09-2017, 12:57

  • 
  • Tələbələrə ŞAD XƏBƏR - Təhsil kreditləri faizsiz oldu

    Tələbələrə ŞAD XƏBƏR - Təhsil kreditləri faizsiz ...

    15-09-2017, 20:34

  • 
  • Ali məktəblərdə distant təhsil dayandırıldı

    Ali məktəblərdə distant təhsil dayandırıldı ...

    30-09-2020, 17:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu