Gürcüstanda son sutkada daha 557 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 639 nəfər sağalaraq evə buraxılıb, 10 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Qonşu ölkədə indiyədək COVID-19-a 264 158 yoluxma halı təsdiqlənib. Yoluxanların 256 024-ü sağalıb, 3 321-i isə ölüb. Hazırda karantin rejimində 386, stasionar nəzarətdə 2 083 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 290 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?