Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində başlatdığı “Pəncə Qartal-2” adlı antiterror əməliyyatında yaralanan kapitan Ertuğ Güler şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hərbçi fevralın 10-da terrorçularla qarşıdurma zamanı yaralanıb, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Nazir Hulusi Akar şəhdin ailəsinə başsağlığı verib: "Qəhrəman şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və millətimizə başsağlığı verir, səbr arzulayıram". Xatırladaq ki, dünənki əməliyyatda 2 türk əsgərinin şəhid olduğu, 4 əsgərin yaralandığı bildirilirdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?