Səbail rayonunda yaşadığı evdə silah və narkotik vasitələr gizlədən şəxs müəyyən olunaraq saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunub.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirib.
Keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Yaşar Quliyev rayon ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 3,778 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis Bölməsində Yaşar Quliyevin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun Sabunçu qəsəbəsi ərazisində yaşadığı mənzildə əlavə olaraq narkotik vasitə və odlu silah-sursat gizlətdiyi məlum olub.
Qeyd edilən ünvana baxış zamanı saxlanılan şəxsə məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat silah, içərisində 30 ədəd patron olan daraq, həmçinin 460 qram marixuana aşkar edilib.
Y.Quliyev ifadəsində narkotik vasitələrlə silah-sursatın ona məxsus olduğunu etdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Y.Quliyev tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?