GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qarabağda ermənilərin 33 il əvvəl törətdikləri faciələr - VİDEO

Qarabağda ermənilərin 33 il əvvəl törətdikləri faciələr - VİDEO

Tarix: 17-02-2021, 15:04 Bölmə :Cəmiyyət Baxış: 275
Qarabağda ermənilərin 33 il əvvəl törətdikləri faciələr - VİDEO


Tarix boyu ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırım həyata keçirib. Xocalı soyqırımından əvvəl ən dəhşətli faciə Xocavənd rayonu ərazisində olub. Ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan Qaradağlı soyqırımını və Axullu, Tuğ, Salakətin, Edilli kəndlərində dəhşətli cinayətlər törədib. Xocavəndin kəndlərində faciəli günlər 1988-ci ildən Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk günlərdən başlayıb.

Bu günlərdə bir qrup jurnalist Xocavənd rayonu ərazisində baş vermiş faciələrin izi ilə Edilli və Tuğ kəndlərinə səfər edib. “Report”un əməkdaşı İsmayıl Nəsibli də həmin kəndlərdə olub, dəhşətli faciə yaşayan şahidlərlə söhbət aparıb.

Məlumat üçün bildirək ki, Qaradağlı, Axullu, Tuğ, Salakətin, Edilli kəndləri erməni işğalçılarına qarşı bir neçə il qəhrəmanlıqla mübarizə aparıb. Həmin illər ərzində onlarla kənd sakini erməni silahlı birləşmələrinə qarşı qeyri-bərabər döyüşlərdə canlarını fəda edib, Vətən, doğma torpaq uğrunda şəhid olub.

Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da isə Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-18-də baş verən Qaradağlı faciəsi Xocalı soyqırımınadək törədilən ən qanlı faciə kimi tarixə yazılıb. Ermənilər rayonun Qaradağlı kəndini işğal edərək 118 nəfəri əsir götürüb, 33 nəfəri güllələyib. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanlardan 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Axullu kənd sakini Şaiq Aslanov “Report”un əməkdaşına bildirib ki, orta təhsilini Edilli kəndi ərazisindəki beynəmiləl məktəbində bitirib:

“Mən 1988-ci ilin məzunuyam. Ermənilərin ərazi iddiası ilə bağlı başlanan hadisələrə görə 1989-cu ilin sentyabr ayında azərbaycanlı şagirdlər bu məktəbdən zorla qovuldu. Bir günün içərisində müəllim heyəti və uşaqlar buranı tərk etmək məcburiyyətində qaldı. Çünki məktəb ermənilərin yaşayış məntəqələrinə daha yaxın idi. Həmçinin təhsil ocağının rəhbər şəxsləri də ermənilər olduğu üçün buradan zorla qovulduq. Axullu kəndindən olan şagirdlər fərdi evlərdə, yardımçı binalarda təhsillərini davam etdirmək məcburiyyətində qaldılar. Daha sonra Axulluda yeni məktəb inşa edildi. Həmin məktəb də 1992-ci ilin yanvarında - erməni işğalı zamanı talan edilərək yandırıldı, bünövrəsi qazılaraq aparıldı”.

Şaiq Aslanovun sözlərinə görə, Edillidə ermənilərlə azərbaycanlılar arasında münasibətlərin kritik həddi demək olar ki, 1988-ci ilin fevral ayından başlayıb:

“Məktəbin dəhlizi iki hissəyə bölünmüşdü. Belə bir çətin ildə mən şəxsən özüm burada təhsil aldım. Ermənilər bizi nifrət hissi ilə “tork” adlandırırdılar, azərbaycanlı demirdilər. Əvvəl “tork” sözünün nə olduğunu bilmirdik. Sonralar bildik ki, “tork” türk deməkdir. Həmin vaxtlar erməni uşaqları həmişə dava salardılar. Amma döyülən tərəf də onlar olardı. İnsanlarımız bu kənddə ermənilər tərəfindən dəfələrlə təhqir edilib, döyülüb, söyülüblər. Həttə onlar bizimkiləri girov götürmək də istəyiblər. 1989-cu illdən sonra isə Edilliyə gəlmək mümkün olmadı. Xatırlayıram, bu kənddə ermənilər Namiq Hüseynov adlı həmyerlimizi döydülər, başından ağır yaralandı. O, uzun müddət müalicə olundu. Bizim gənclər bura tez çatmasaydı, sonu yaxşı olmayacaqdı. Həmin günün şahidi kimi yaddımdadı, bizimkilər güllə ilə onları qovmağa məcbur etdilər, uşaqları buradan çıxardılar”.

Tuğ kənd sakini Vaqif İbrahimov qeyd edib ki, ermənilərin ilk törətdiyi hadisələrdən biri Dəyirman bəndi deyilən yerdə baş verib. Həmin vaxt onlar azərbaycanlı polis əməkdaşlarını qətlə yetirib:

“Bu hadisədən sonra ermənilər azərbaycanlı sürücünü də xaincəsinə öldürüblər. Həmçinin onlar kəndin bulağına gedən 2 nəfər sakinimizi də qətlə yetirdilər. Bundan sonra ara qarışdı. Ermənilər imkan vermirdilər ki, qətlə yetirdikləri şəxslərin nəşini dəfn edək. Qəbiristanlıqda dəfn zamanı atəş açmağa başladılar”.

Tuğ kəndinin digər sakini Nəcəf Qaraşlı 1982-1988-ci illərdə Hadrut qəsəbəsində xəstəxandada həkim-cərrah kimi işləyib. O, Vətən müharibəsi dövründə də Xocavənd xəstəxanasında çalışıb, yüzlərlə əsgər, zabitlərimizin həyatını xilas edib.



Nəcəf Qaraşlı deyib ki, Hadrutda işlədiyi müddətdə birinci sinfə gedən oğlunu ermənilər itələyərək suya yıxıb:

“1988-ci ilin fevral ayında ermənilər Qarabağda mitinqlərə başlamışdı. Guya Ermənistan erməniləri ilə birləşirdilər. Biz də Bakıya gedib bu barədə Səhiyyə Nazirliyinə müraciət etdik. Bakıda da qeyd etdilər ki, “geri qayıdın, təşviş etməyin”. Hadruta geri qayıtdıq. Xankəndində də vəziyyət çox pis idi. Hadisələr elə həddə gəlib çatdı ki, bir yerdə yaşamaq mümkün olmadı. Tuğ kəndində ilk şəhidimiz məktəbdə oldu. Ermənilər onu təhsil ocağında bıçaqlayıb öldürdülər. Kəndə “saqqalı ermənilər” girmişdi. Sonra çayın yanında onlar daha 2 nəfərimizi qətlə yetirdi. Tuğ kəndindəki məktəb bağlandı, ora rus qoşunları gəlmişdi. Guya ruslar aranı sakitləşdirməyə gəlmişdilər. 1991-ci ilin oktyabr ayında onlar birləşib, bizi kənddən qovdular”.

Qeyd edək ki, Edilli kəndi 2020-ci il oktyabrın 15-i, Axullu kəndi oktyabrın 16-sı və Tuğla Salakətin kəndləri isə noyabrın 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağın istefa vermiş “polis rəisi” azərbaycanlı çıxdı!.. - Kərimov Kamo Əkbər oğlu...

    Qarabağın istefa vermiş “polis rəisi” ...

    7-06-2018, 12:47

  • 
  • "Ermənilər böyük dövlətlərin 31 mart qırğınlarına göz yummasından istifadə edib Xocalı soyqırımını törətdilər"

    "Ermənilər böyük dövlətlərin 31 mart ...

    31-03-2017, 15:10

  • 
  • Qondarma “DQR”-də atası azərbaycanlı olan general nazir təyin olundu

    Qondarma “DQR”-də atası azərbaycanlı olan general ...

    30-05-2020, 11:53

  • 
  • Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür

    Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür ...

    17-02-2016, 00:36

  • 
  • Cəbhədə növbəti erməni təxribatı

    Cəbhədə növbəti erməni təxribatı ...

    11-08-2017, 11:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu