Gundemxeber.az vətəninfo.az-a istinadla xəbər verir ki,yenicə təyin olunan Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev artıq rəhbərlik etdiyi nazirlikdə islahatlar aparmağa başlayıb.
Məlumatlı mənbələrdən redaksiyamıza sızdırılan məlumatda iddia edilir ki, Rəşad Nəbiyev ilkin olaraq birinci müavini Əli İzzət oğlu Abdullayevdən başlayaraq islahatlara star verir. Nzirlikdəki adını açıqlamayan mənbə iddia edir ki,hətta nazir müavinini keçirdiyi müşavirədə üstüörtülü şəkildə belə tənqid edib. Rəşad Nəbiyev Əli Abdullayevin adını çəməsə də,müşavirədə iştirak edənlər onun müavinini nəzərdə tutduğu aşgar şəkildə hiss ediblər. "Artıq bitdi,saatlarla qəbul otaqlarında insanları gözlətmələr.Buna son qoyulacaq.Bəzilərinin sanki xoşuna gəlir qəbul otaqlarında qəbula gələnləri gözlətmək”-deyən nazir Rəşad Nəbiyevin bu çıxışı,Əli Abdullayevi ciddi şəkildə narahat edib. Məlumata görə Əli Abdullayev hələ nazirliyin aparat rəhbəri olduğu zaman, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyən Rəşad Nəbiyevə qarşı mənfi münasibət göstərməsi bir yana,davamlı olaraq Nəbiyevi qəbul otağında belə gözlədirmiş.İndi artıq dövranın dəyişdiyini,əvvəllər qəbul otağında gözlətdiyi şəxsin nazir olması,Əli Abdullayev üçün ciddi problemə çevrilib.
Mənbələr iddia edirlər ki,artıq yeni nazir Əli Abdullayevin bütün səlahiyyətlərini əlindən belə alıb və o yalnız adi işci olaraq,nazirlikdə gün keçirməklə məşğuldur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?