Ombudsman Aparatı həbsdə olan dindar bloqçu Rəşad Ramazanova görə baş prokurora müraciət edib. Qurumun şöbə müdiri Vüqar Məhərrəmov “Media forum”a açıqlamasında Rəşad Ramazanovla görüşdüklərini bildirib: “Bakı İstintaq Təcridxanasında saxlanan Rəşad Ramazanovun səhhəti normaldır. Amma həbs olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının onu döydüyünü deyir. Ona görə də Rəşad Ramazanovun tibbi ekspertizadan keçirilməsi üçün mayın 24-də baş prokuror Zakir Qaralova müraciət etmişik”.
Rəşad Ramazanovu (Rəşad Həqiqət Ağəddin) mayın 9-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. Bloqçu haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?