GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » VƏTƏN DAŞI

VƏTƏN DAŞI

Tarix: 25-02-2021, 14:31 Bölmə :Cəmiyyət Baxış: 656
VƏTƏN DAŞI


İnsan doğulur böyümək üçün. Doğulanda isə insanın nələr yaşayacağı, nələr yaşadacağı tək Allaha aşkar olur. Kiminə cismən böyümək qismət olur, kiminə ruhən. Nəcməddinin doğulduğu gün məğrurluğu, əsaləti yansımışdı gözlərinə. Həm də gözlərinin dərinliyində ümid işığı parıldayırdı. Sən demə o işıq illər sonra vətəni nura qərq edəcəkmiş.
    Savalanov Nəcməddin Akif oğlu 1985-ci il fevralın 26 - da İmişli rayonunun Göbəktala kəndində anadan olub. Ailədə 3 qardaş olan uşaqlar elə körpə yaşlarında atalarını itiriblər. Gənc yaşda dayaqsız qalan analarına qol-qanad gələn oğullar körpə yaşlarında həyatın yoxluq adında sınaq dərsi ilə imtahan olunublar. Nəcməddin düşüncələri ilə digər yaşıdlarından fərqlənib. O, 1992-ci ildə şəhid Azər Atayev adına Göbəktala kənd orta məktəbində təhsil almağa başlayıb. Hər il doğum günündə bütün uşaqlar kimi sevinən Nəcməddin 7 yaşında doğulduğu gün Xocalıda özü kimi körpələrin ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini duydu. Həmin günün sevinci elə 1992-ci ildə donub qaldı. Ondan sonra Nəcməddin 26 fevralı doğum günü kimi yox Xocalı soyqırımının ildönümü kimi qeyd etdi. Ürəyində tək bir arzusu var idi. Qarabağ işğaldan azad olunsun. O arzunun çin olmağı üçün Nəcməddin hər vəchlə çalışırdı. Bu minvalla da lX sinfi bitirdikdən sonra hərbi məktəbdə oxumaq qərarına gəldi. N. Savalanov 2000-ci ildə Naxçıvanski adına hərbi liseyə daxil olub. 2003-cü ildə bitirib və elə həmin il Heydər Əliyev adına AAHM - də təhsil alıb, istehkamçı mühəndis ixtisasına yiyələnib. 2007-2008-ci illərdə TTM - nin təkmilləşdirmə kursunu keçib. Təyinatla Sənqəçalda N sayılı hərbi hissədə işə başlayıb. Öz istəyi ilə 2012-ci ildə  Bərdə,Ağdam,Tərtər istiqamətində ön xətdə xidmət edib. 27 sentyabr 2012-ci ildə mina axtaran zaman Nəcməddin ağır yaralanıb. Son nəfəsini vətən üçün vermək arzusu ilə yaşayan qəhrəman yenidən xidmətə dönməyi üçün qurban deyib. Bir müddət sonra qurbanı qəbul olan Nəcməddin işinə dönüb. Nizam-intizamı, çevikliyi, biliyi ilə Nəcməddin əsil hərbçinin bütün müsbət xüsusiyyətlərini özündə cəmləməyi bacarıb. 2014-cü ildə kapitan hərbi rütbəsi alıb.

VƏTƏN DAŞI


     Bütün arzuların önündə gələn azadlıq arzusunun üzünə qapı açanlardan biridir Nəcməddin Savalanov. 2016-cı il aprelin 1-dən 5-nə qədər davam edən döyüşlərdə illərdən sonra Azərbaycan ordusunun ilk azad etdiyi torpaqlarda şücaətinin izi olan qəhrəmandı. Nəcməddinin vətənə sipər etdiyi cismi düşmənin açdığı atəş nəticəsində yaralansa da illərdən sonra körpəlikdən bu günə qədər ürəyində böyütdüyü qisasını aldığı üçün ürəyinin yarası sağalmışdı. Cisminin yaralarını isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimləri sağaltmağa çalışırdılar. Xəstəxanada yatdığı zaman ölkə başçısı İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilən Nəcməddinin ən böyük arzusu bu medalı sağaldıqdan sonra təhvil almaq idi. Ancaq o bu arzusuna çata bilmədi. Xocalının işğalı günü dünyaya gələn qəhrəman Şuşanın işğalı günü sonuncu nəfəsini verdi. O son nəfəslə bərabər neçə ümid də can tapşırdı. Mayın 8-i şəhadətə qovuşan qəhrəmanın nəşi mayın 9-u İmişli rayonu Şahverdili kənd qəbirsanlığında izdihamla dəfn olundu. Nəcməddinin dəfni zamanı hər kəsin ürəyi yanır, gözləri ağlayırdı. Ancaq bir nəfər vardı ki, onun fəryadı görənlərin ruhunu sızladırdı. Bu Nəcməddinin dostu, sirdaşı, qardaşı Məmmədov Toğrul Səyyad oğlu idi. Toğrul bu itkini qəbullana bilmirdi. Hələ Şuşaya birlikdə bayraq sancacaqlarını arzu etdiyi dostunu Şuşanın işğalı günü itirmək onun üçün çox ağır idi. Bir zaman əllərini çiyinlərinə qoyduğu dostunun tabutunu çiyinlərində aparan Toğrul dostunun dəfnində onun qisasını alacağını söz verdi. Toğrul verdiyi sözü tutdu. Qısa zaman sonra 14 iyul 2016-cı ildə Toğrul ermənilərin yenidən atəşkəsi pozma cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid oldu. Hər iki dostun ruhu cənnətdə qovuşdu.
      Bu gün Nəcməddin və Toğrulun ruhu Qarabağın hər qarışında dolanır. Onlar cismən olmasa da ruhən "44 günlük müharibə" adı ilə tarixdə həkk olunan qalibiyyətimiz zamanı vuruşan əsgərlərlə birgə vuruşublar. Həmin döyüşlər zamanı hər iki qəhrəmanın qisasını alan qəhrəmanlardan biri də Nəcməddinin həmyerlisi, dostu Həsənov Əsəd Fərhad oğlu idi. Əsəd də Nəcməddinin dəfni zamanı onun qisasını alacağına söz vermişdi. Əsəd sözünü tutdu. O, Nəcməddin və Toğrulun arzusunda olduğu torpaqları azad edənlərdən biri oldu. Əsəd də son nəfəsinə qədər vətənin azadlığı naminə vuruşdu və qəhrəmancasına şəhid oldu. Əsəd və Nəcməddin İmişli rayonu Şahverdili kənd qəbirsanlığında dəfn olunublar. Cənnətdə ruhları qovuşan üç dostdan biri olan Toğrul Məmmədov isə Naxçıvan MR Babək rayonunun Şıxmahmud kəndində dəfn olunub. Vətən daşı olan hər üç qəhrəmanın cismi torpağa tapşırılsa da adları ürəklərə həkk olunub.
    Bütün tökülən nahaq qanların, bitən nakam ömürlərin qisası alınıb. İllərdi uğrunda neçə-neçə vətəndaşlarımızın daş olduğu Qarabağımız azad olunub. Daha 8 may Şuşanın işğal günü 8 noyabr Zəfər günü ilə yer dəyişib. Qalibiyyətimizin işığı bütün həsrətli ürəkləri nurlandırır. Hər şəhid doğması şəhidinin qanının axdığı torpaqların mənfur düşmənlərin tapdağı altında olmadığı üçün şükür edir.
     Nəcməddinin də üç əmanət övladı atalarının can verdiyi torpağın azadlıq sevincini yaşayırlar. Onlar atalarının hər zaman dediyi "Bir gün biz hərbçilər azad Qarabağda övladlarımızı səsləyəcəyik" sözlərini unutmurlar. Onlar Qarabağa getdikləri zaman atalarının ruhunun "Nuray, Leyla, Adəm" deyə səslənişini hiss edəcəklər.

ÜÇ DOST

Sən gedən gün başladı,
Qəlbin qisas savaşı.
Yaddaşlara həkk oldu,
Əsədin və Toğrulun,
Qisas dolu baxışı.

Toğrul çırpınıb qaldı,
Yaralı bir quş kimi.
Dost itkisi elə bil,
Lap çarmıxa çəkirdi,
O an onun qəlbini.

Əsəd basdı bağrına,
Övladını sənin tək.
O dərdə tab etmirdi,
Parça-parça olmuşdu,
Dərdini çəkən ürək.

O gün hər iki dostun,
Qisas andını içdi.
Nəcməddin, dostların da,
Sənintək bu vətənin,
Uğrunda candan keçdi.

İndi üç dostun adı,
Dillərə dastan olub.
Nəcməddin,Toğrul bir də,
Əsəd vətən uğrunda
Qərənfil kimi solub.

MANYA SƏXAVƏTQIZI
     
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nəcməddin Sadıxovun oğlu nazirin müşaviri oldu

    Nəcməddin Sadıxovun oğlu nazirin müşaviri oldu ...

    23-11-2015, 14:31

  • 
  • Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu

    Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu ...

    28-01-2021, 10:54

  • 
  • Nəcməddin Sadıkov ordudan NECƏ QOVULUB?.. - ŞOK İDDİA

    Nəcməddin Sadıkov ordudan NECƏ QOVULUB?.. - ŞOK ...

    19-02-2021, 20:00

  • 
  • Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə rəsmi reaksiya - Nazirlikdən açıqlama

    Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə ...

    10-05-2016, 22:43

  • 
  • Nəcməddin Sadıkov Belarusa gedib

    Nəcməddin Sadıkov Belarusa gedib ...

    21-08-2018, 15:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu