DİN facebook-da xoşagəlməz rəyin yazılması barədə açıqlama verdi: Montajdır Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi “Facebook” səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.
DİN-in Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan foto montajdır.
Qeyd edək ki, sosial şəbəkələrdə DİN-in rəsmi hesabından vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” yazılması iddiası ilə foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?