GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Zəlzələdən sonra Ağsuda tikilən evlərə on min “şirinlik” istəyirlər – Prezidentə şikayət

Zəlzələdən sonra Ağsuda tikilən evlərə on min “şirinlik” istəyirlər – Prezidentə şikayət

Tarix: 10-03-2021, 20:13 Bölmə :Cəmiyyət Baxış: 295
Zəlzələdən sonra Ağsuda tikilən evlərə on min “şirinlik” istəyirlər – Prezidentə şikayət


Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan Ataşova Gülnar Şahlar qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş naziri Əli Əsədova,İqtisadiyyat naziri Mikayıl Cabbarova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Maliyyə naziri Samir Şərifova, Hesablama Palatasının sədrinə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və müstəqil Kütləvi İnformasiya Vasitələrinə 5 fevral 2019-cu ildə Ağsu rayonunda baş vermiş zəlzələdən sonra yaşamaq üçün tam yararsız vəziyyətə düşən evlərimizin əvəzinə yenidən tikilmiş evlərin onlara verilməməsindən, başqalarına satılması ilə bağlı müraciət ünvanlanıb.

Gundemxeber.Az aktualinfo.org-a istinadla vətəndaş Gülnar Ataşovanın sözügedən müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:

Mən, Ataşova Gülnar Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və ailə qurmuşam.. 2019-ci ilin fvralın 5-də baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub tökülmüş, divarda irihəcmli çatlar əmələ gəlmiş, bir sözlə, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür.

Uzun illər yaşadığımız bu ev rəhmətlik qaynatamdan qalmışdır və 1950-cı illədə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsüilə tikilmişdir .Ona görə evimizin dörd tərəfindən daxildən və xaricdən iri çatlar əmələ gəlmiş və yaşamaq üçün yam yarasız vəziyyətə düşmüşdür. Evləri qəzalı vəziyyətdə olan sakinlər indi də arvad uşaqlarla birlikdə qorxa qorxa yaşayırlar. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər edilişdir. 2 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdu ki, kəndin kənarında hazırda dövlət tərəfindən tikilib istifadəyə yararlı 25 ev bizi kimi sahiblərini gözləsə də bizə məlum olmayan səbəblərdən bu evlər bizi kimi nəzərdə tutulmuş sakinlərə paylanmır. Yerli hökümət heç səbəbini də açıqlamır.. Elə bilki, bizi kimi evi tam yarasız hala düşmüş kənd sakinləri yox imiş. Çox şikayətlərdən sonra yerli icra nümayəndəsi Cavid Qədirov cavab verir ki, siyahıda adınız 9-cu olubdur.Əgər biz 9-cu olmuşuqsa onda niyə tikilib hazır olan evimizi bizə vermirlər? Nəyi gözləyirlər?

Amma eyni zamanda onu da görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, Ağsu rayon İcra Hakimiyyəti Aparatının məsul şəxslərilə birlikdə cənab Prezidentin 1-ci dəfə ayırdığı 2 milyon manat vəsaitdən əvvəlcə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdirdilər. İcra nümayəndəsi C. Qədirov özünə məxsus evi tam və əsaslı təmir etdirməklə yanaşı, yaxın adamlarının – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb əsaslı təmir etdirdi. Hətta iş o yerə çatdı ki, Cavidin yaxın dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli yeni talvar da tikdirib təhvil verməyi unutmadı. Bizi kimi kasıblar da qaldıq bir tərəfdə

Axı 2019-cu ildə mart ayında zəlzələ zonasına gəlib bizimlə görüşəndə Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı. Budur aradan düz 2 il vaxt keçməsinə baxmayaraq yerlərdə təmir-tikinti işlərini görən təşkilatlar dövlət sifarişləri yekunlaşdırsalar da yerli məmurlar nədənsə hazır olan evləri bizə paylamağa tələsmirlər. Son məlumatlara görə isə bu adamlar təkcə bizim kənddə tikilib istifadəyə veriləsi evləri sanki auksiona çıxarıblar. Yəni gözləyirlər ki, kim çox pul təklif etsə dövlətin tikdiyi evləri onlara versinlər pul qazansınlar. Lakin Cavid Qədirobv kimi bu savadsız, bürokrat yerli məmurlar undurlar ki, alver predmetinə çevirdikləri bu evlərin müqabilində qazanacaqları haram pullarla ailə-uşaq dolandırmazlar. Çünki başqasının bədbəxtçiliyi üzərindən ( səbəbindən) qazanılan çirkli pulları yalnız şərəfsizlər mənimsəyib haramzada ola bilərlər.

Axı Kəmalddin Heydərov da 2019-cu ilin martında cənab Prezidentə söz vermişdir ki, bütün sakinlərin müraciətləri nəzərə alınıb və tez bir zamanda onların mənzillərində baş vermiş problemlər öz həllini tapacaqdır. Deməli belə çıxır ki, nazir prezidentimizi aldatmışdır.

Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını vermişdir ki təkcə Ağsu rayonunda komissiyaların gəldiyi nəticəyə əsasən nəzərdə tutulmuş 150 evin kəskin qəzalı, 265 evin bərpa-gücləndirməsi və 1022 evinsə təmiri qısa müddətə yekunlaşsın.

Bəli, cənab Prezident ilkin olraq 2 milyon, sonra yenə işlərin davam etdirilməsi üçün əlavə 2 milyon və 3 milyon manat ayırmış və işlərin tamamlanması üçün də bir o qədər vəsait ayrırmışdır. Amma çox təəssüflər olsun ki, C.Qədirov kimi yerli məmurlar cənab prezidentin ayırdığı pullara yalnız öz yaxın qohum-əqrəbasına ev tikilməsi və bərpası üçün faktiki işlər gördürmüşdür. Bizim kimi kasıb insanlar da qəzalı evlərimizin əvəzinə tikiləcək evlərin verilməsini gözləyirik. Amma heç bizi yada salan və deyən yoxdur ki, kəskin qəzalı vəziyyətə düşən evinizin əvəzinə tikilmiş yeni ev sizə veriləcəkdir. Bizim isə verəcəyimiz 10 000 manat “şirinlik” pulu yoxdur ki, evin açarını ala bilək.

Hesab edirk ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi təxribat və cinayətdir və cəzasız qalmamalıdır.

Bu günki fakt ondan ibarətdir ki, qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli-miqdarda vəsait kənd icra nümayəndəsi Cavid və qohum-əqrəbaları arasında pay-mal edilib talan edilmişdir. Odur ki, cənab Prezident Sizdən çox xahiş edirk ki, korrupsiyalaşmış yerli məmurların hamısı barəsində son fəaliyyətləri barəsində aidiyyatı orqanlara dərhal tədbir görülməsi, və bizim yaşaması mümkün olmayan evlərimizin əvəzinə dövlətin tikib hazırladığı yeni evlərin paylanmasına göstəriş verəsiniz. Sağ olun.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputatlığa namizəd Şirvandakı özbaşınalıqla bağlı prezidentə müraciət etdi

    Deputatlığa namizəd Şirvandakı özbaşınalıqla ...

    25-01-2020, 10:52

  • 
  • FİZULİ ƏLƏKBƏROV, İSMƏT ABBASOV, SƏFƏR ƏBİYEV VƏZİFƏDƏN ALINDI

    FİZULİ ƏLƏKBƏROV, İSMƏT ABBASOV, SƏFƏR ƏBİYEV ...

    22-10-2013, 20:14

  • 
  • AZƏRBAYCANDA HÖKUMƏT DƏYİŞDİ - SİYAHI

    AZƏRBAYCANDA HÖKUMƏT DƏYİŞDİ - SİYAHI ...

    22-10-2013, 20:12

  • 
  • İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb

    İşğaldan azad edilmiş ərazilərlə bağlı ...

    24-11-2020, 16:54

  • 
  • "DİQLAS" Ticarət mərkəzindən Prezidentə - MÜRACİƏT

    "DİQLAS" Ticarət mərkəzindən Prezidentə ...

    14-01-2021, 13:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu