GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Keçmiş məmurun oğlu atasına görə İlham Əliyevdən kömək istəyir

Keçmiş məmurun oğlu atasına görə İlham Əliyevdən kömək istəyir

Tarix: 10-03-2021, 20:18 Bölmə :Cəmiyyət Baxış: 756
Keçmiş məmurun oğlu atasına görə İlham Əliyevdən kömək istəyir


Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi ev 62, mənzil 10 ünvanında yaşayan Məmmədov Nurlan Samir oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Gundemxeber.Az aktualinfo.org-a istinadla vətəndaş Nurlan Məmmədovun redaksiyanın elektron poçtuna göndərdiyi müraciəti olduğu kimi oxuculara təqdim edir.O,yazır:

Möhtərəm cənab Prezident,
Əziz Mehriban xanım

27 il ərzində doğma torpaqlarımızda qoşun saxlamış, hərbi hissələr və bazalar yaratmış yağı düşmən üzərində cəmi 44 gün ərzində parlaq qələbə qazandınız və düşmənin hərbi siyasi rəhbərləri açıq şəkildə işğalçılıq siyasətləri ilə yanaşı acı məğlubiyyətlərini də etiraf etdilər. Ancaq 27 ildir ki, əvvəl Ulu Öndər mərhum Heydər Əliyev daha sonra isə Siz Azərbaycan Respublikasında məmur özbaşınalığı və rüşvətxorluqla kəskin mübarizə aparsanız da, məqampərəst məmurların bəziləri öz çirkin əməllərindən əl çəkmirlər.

Həmçinin 10 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin ilk iclasında Siz vətəndaşlara müraciət edərək vəzifəli şəxslərin qanunsuzluqları ilə bağlı müraciətləri, məlumatları Prezident Adminstrasiyasına göndərmələrini, artıq adminstrasiyada tam başqa vəziyyət olduğunu, məktubların əvvəllər gizlədildiyini, indi isə buna son qoyulduğunu bildirdiniz.

15 ay ərzində Sizə 200-dən artıq yazılı və online müraciət ünvanlamışıq. Tam əminəm ki, müraciətlərimiz barədə Sizə heç bir məlumat verilmir. Ona görə də məcbur qaldığım üçün Sizə mətbuat vasitəsilə müraciət edirəm.

Atam Məmmədov Samir İnqilab oğlu artıq 15 aydır ki, qanunsuz və əsassız həbs edilib. O, Mingəçevir şəhərində anam Səadət Babayevaya məxsus “Sübhan Aptek”də qanunsuz dərman preparatlarını satış məqsədilə saxlamaqda ittiham edilir. (AR CM 234.4.1 və 240.3.2). Cinayət işi üzrə cinayət-prosessual qanunverciliyin əksər tələbləri də daxil olmaqla müdafiə hüquqları pozulmuş, sübutlar məhv edilmiş (kameraların yaddaş qurğusu), saxta şahidlərdən istifadə edilmiş və uzun uzadı yazmaq istəmədiyim qanunsuzluqlara yol verilmişdir.

30 il dövlətimizə qüsursuz xidmət etmiş, həbs edilən zaman Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsini tutmuş, 20 ildən artıq YAP üzvü olmuş, vətəninə bağlı üç övlad yetişdirmiş bir şəxs “tanımadığı” birindən qanunsuz dərman preparatlarını alıb, öz həyat yoldaşına məxsus, onun tərəfindən idarə edilən aptekdə “savab” qazanmaq məqsədilə satmaqda ittiham edilir. Atamın həbsini reallaşdırmaq üçün aptekdə cəmi 1 gün işləmiş, ziyalı və sadə bir ailənin övladı 25 yaşlı Abduləzimov Rəşad Arzu oğlu şərlənərək həbs edilmişdir.

Cənab Prezident, atam Samir Məmmədovun həbsinin səbəbləri tamam başqadır. Pərdə arxasında bizi müxalifətçilikdə, dövlət əleyhinə addımlar atmaqda ittiham edirlər. Oturduqları kresloları möhkəmlətmək istəyən bəzi “vətənpərvər” dövlət məmuları, özlərini “şirin” satmaq üçün üstümüzə çirkin bir iftira ataraq ailəmizi məhv etməyə çalışırlar. Atam ədavət üzündən deyilmiş quru sözlə heç bir araşdırma aparılmadan həbs edilib. Ancaq biz müxalif partiyalara üzv olmamışıq, həmin partiyaların rəhbərləri ilə hər hansı əlaqə yaratmamışıq, onlara maddi və sair formada dəstək verməmişik. Yığıncaqlarında tədbirlərində iştirak etməmişik.

Biz dövlətimizin başçısı və rəhbərimiz kimi Sizi tanımışıq. 90-cı illər Azərbaycanın çətin günlərində Ulu Öndər mərhum Heydər Əliyevi Naxçıvan MR-dən Azərbaycana dəvət edənlər içərisində məhz mənim yaxın qohumlarım olub. Bunlar Ulu Öndərin həyat və siyasətinə həsr olunmuş “Qayıdış” adlı kitabda öz əksini tapıb. Hər zaman möhtəşəm hakimiyyətinizi, yeritdiyiniz uğurlu siyasəti dəstəkləmişik, bu gün də dəstəkləyirik. Əgər ailə üzvlərimizdən kimsə dövlətimiz əleyhinə hər hansı formalı bir addım atıbsa bunun cəzasını ailəlikcə çəkməyə hazırıq.

Cənab Prezident, bizim ailəmizə haqsız yerə zülm olunur və hər kəs bu zülmə göz yumur. Biz dövlətin idarəçilik sistemində Sizdən və Birinci xanımdan yuxarı birini görmürük. Ona görə də özüm və ailə üzvlərim adından Sizdən xahiş edirəm bu haqsızlığın qarşısını alın. Artıq dərəcədə xahiş edirəm ki, barəmizdə verilmiş yalnış məlumatların və atamın barəsində olan qondarma cinayət işinin ədalətli araşdırılmasına göstəriş verəsiniz. Ümidvaram ki, mənim haqq səsim sizə çatacaq və siz pozulmuş ədaləti bərpa edəcəksiniz.

Dərin hörmət və ehtiramla Nurlan Məmmədov

Qeyd edək ki, vətəndaş Nurlan Məmmədovun “Youtube.com” kanalındakı videomüraciəti ilə bu linkdən (https://www.youtube.com/watch?v=qNO8MG1hm3o) tanış ola bilərsiniz.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən KÖMƏK İSTƏDİ - Müraciət

    Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən ...

    2-10-2020, 16:31

  • 
  • Gürcüstanın Baş naziri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Gürcüstanın Baş naziri Azərbaycanın Birinci ...

    23-02-2017, 21:45

  • 
  • SOCAR: Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür edirik

    SOCAR: Azərbaycan neftçiləri adından Mehriban ...

    7-11-2019, 12:55

  • 
  • 71 yaşlı birinci qrup əlildən Prezidentə MÜRACİƏT

    71 yaşlı birinci qrup əlildən Prezidentə MÜRACİƏT ...

    27-04-2020, 23:35

  • 
  • İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi

    İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin ...

    12-12-2019, 11:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu