Dünya bazar iqtisadiyyatında özəl sektorun, özəl şirkətlərin xüsusi yeri var.
Ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlər həm xeyli iş yeri, həm də böyük vergi ödəyicisi deməkdir. Təəssüf ki, milli şirkətlərimizin bəziləri, əksinə başqa yola əl atırlar. Əlbəttə, bizim hansısa şirkətin işgüzar nüfuzuna kölgə salmaq fikrimiz yoxdur. Ancaq ortada müəyyən faktlar da var. 1997-ci ildən fəaliyyət göstərən və Azərbaycanda elektronika, məişət texnikası və mebelin pərakəndə satışı bazarının əsas oyunçularından biri olan “Optimal Elektronika” ilə bağlı araşdırma zamanı diqqətimizi belə bir fakt cəlb etdi. Deməli, Maliyyə Bazarlarına Nəzarət Palatası “Optimal Elektronika” MMC barəsində inzibati protokol tərtib edib. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta avans yolu ilə ödənilən valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilən valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır. Deməli, şirkət ölkədən çıxan valyutaya görə cəzalandırılıb. Axı, ölkədən valyuta çıxması ölkəmizdə ciddi məsələdir və bu barədə ən yüksək səviyyədə fikir bildirilib. Digər tərəfdən mediada şirkətin verdiyi kreditlər, satılan məhsulların keyfiyyətsiz olması ilə bağlı mediada kifayət qədər yazılıb.Ancaq təəssüf ki, yazılan tənqidi yazılar 10-15 dəqiqə sonra saytlardan silinir. Bu çıxış yolu deyil, cənablar. Tənqid nəticə çıxarmaq üçündür, sildirmək üçün yox. //gundelik-baku.com//
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?