GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » QƏHRƏMANLAR AİLƏSİ

QƏHRƏMANLAR AİLƏSİ

Tarix: 15-03-2021, 10:01 Bölmə :Cəmiyyət Baxış: 419
QƏHRƏMANLAR AİLƏSİ


Vətən bizi dizlərində biz vətəni qəlbimizdə böyüdürük. Qəlbimizdə kök atan vətən sevgisi ruhumuzla qol - budaq atır. Qan ilə dövr edir vətən sevgisi. Qəhrəmanların keçdiyi döyüş yolu örnək götürülüb gələcək nəsillərə ötürülür.

      Nəcəfovlar ailəsi bu vətənə əsil vətəndaş olmağı çox gözəl bacarıblar. Hətta deyərdim ki, bu ailənin hərbçilərinin sayı nə bir deyil nə də beş. Ailənin ilk hərbçisi Məhəmməd Nəcəfov olub. O hələ Azərbaycanda ordu qurulmadan öncə  vətəni müdafiə edən dəstəyə könüllü olaraq qoşulmuşdu. Məhəmmədin qardaşı Vaqif Nəcəfov da qardaşının yolu ilə gedib. Vaqif 1990-cı illərdə 7 il könüllü olaraq vətəni müdafiə edib. Kiçik qardaş Əli Nəcəfov da qardaşları kimi vətən keşiyini çəkib Ağdamda sona qədər mübarizə aparanlardan olmuşdu. Ancaq hamıya məlum olan səbəblərdən Qarabağdakı münaqişə Qarabağın işğalı ilə sonlanmışdı. Ancaq bu son bir başlanğıcın təməli idi.

QƏHRƏMANLAR AİLƏSİ


       Üç qardaşı ilə birlikdə vətən keşiyin çəkən Məhəmməd Novruzovun ocağında vətənə layiq üç oğul övladı böyüyürdü. Ailənin ilk övladları olan İsmayıl və İbrahim əkiz idilər. Üçüncü və son beşik isə beş il sonra 2000-ci ildə ailəyə sevinc gətirən Yaqub Nəcəfov idi. Müəllim olan Məhəmməd atanın və müəllimə olan  Xuraman ananın yetişdirdiyi bu üç uşaq hər zaman vətən sevgisinin aliliyini hiss etmiş və hiss etdirmişdilər. Əkiz qardaşlar 2001-ci ildə Culfa şəhər 1 N - li tam orta məktəbdə təhsil almağa başlamışdılar. Yaqub isə 2006-cı ildə elə həmin məktəbə 1-ci sinifə qədəm qoymuşdu. Hər üç qardaş hərbçi peşəsinə yiyələnmək üçün müvafiq addımlar atmışdı.
       Nəcəfov Yaqub Məhəmməd oğlu 2014-cü ildə VIII sinifi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi liseyə daxil olub, 2017-ci ildə bitirib. Elə həmin il Bakı şəhər Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olub. 2020-ci ildə həmin məktəbin lV kurs kursantı idi.
     Ovuc-ovuc duaların yerdən göyə ucaldığı, zərrə-zərrə ümidlərdən bütün xalqın güc aldığı 44 günlük Vətən müharibəsində Nəcəfovlar ailəsinin 3 övladı da müxtəlif istiqamətlərdə düşməni lərzəyə gətirirdilər. Nəcəfov İsmayıl Ağdərə, Suqovuşan istiqamətində qəhrəmancasına vuruşmuş və qazanılan zəfərdə payı olmuşdu. O, həmin döyüşdə kontuziya almağına və bədəninin bir hissəsinin yanmağına baxmayaraq qismən sağaldıqdan sonra yenidən xidmətini davam etdirmişdi. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" və "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Hal-hazırda baş - leytenant Nəcəfov İsmayıl xidmətini davam etdirir.
     Əkiz qardaşlardan digəri Nəcəfov İbrahim də Vətən müharibəsində ön cəbhədə vuruşmuş və azadlıq uğrunda sağlamlığından keçən qəhrəmanlardan biri olmuşdu. Ağdamda gedən döyüşlər zamanı ağır yaralanan İbrahim 7 əməliyyat keçirsə də hələ də bədənində 23 qəlpə yarası ilə yaşayır. Bir gözü tamamilə görmə qabiliyyətini itirən qazimizin digər gözü isə 20% görür. Hazırda müalicəsi davam edir. Vətən müharibəsi qəhrəmanı baş - leytenant Nəcəfov İbrahim göstərdiyi şücaətlərə görə ölkə başçısının sərəncamı ilə "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı", "Ağdamın azad edilməsinə görə" medalları ilə təltif edilib.

QƏHRƏMANLAR AİLƏSİ


      Qəhrəmanları ilə seçilən ailənin son beşik övladı Yaqub Nəcəfov ailəyə "Şəhid ailəsi" statusunu gətirən qəhrəman oldu. 20 yaşlı qəhrəmanın göstərdiyi şücaət onun nə qədər cəsur, əzmkar olduğunun bariz nümunəsidir. 44 günlük müharibədə sona qədər mübarizə aparan, demək olar ki, bütün döyüşlərdə iz qoyan, azad olunan rayonlarda şanlı bayrağımızın sancılmasında müstəsna xidməti olan İbrahim Zəfər gününün də sevincini yaşayıb. Füzulinin, Cəbrayılın, Zəngilanın, azad olunmasında, "keçilməz sədd" adlanan Laçın dəhlizinin alınmasında və nəhayət alınması ilə ermənilərin ümidinin nöqtələndiyi Şuşanın azad olunmasında sona qədər mübarizə aparıb. Şuşa azad olunandan sonra "Artıq Şuşanı azad etmişik" deyə Şuşa dağlarına səslənib. Atasının, əmilərinin və özünün ən böyük arzusunu reallaşdıran Yaqub 9 noyabr 2020 - ci ildə müvafiq Bəyənnamə imzalandıqdan sonra erməni xəyanətinin qurbanı olub. Sonuncu nəfəsini uşaqlıqdan adını duyub, həsrətini çəkdiyi Şuşanın sinəsinə qondurub şəhadət zirvəsinə ucalıb.
     Noyabrın 9-da şəhid olan leytenant Nəcəfov Yaqub Məhəmməd oğlu noyabrın 19-da Culfa şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
     Qəhrəmanlığı dildən-dilə düşən qəhrəman Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
     Bir evin üç Vətən müharibəsi qəhrəmanı var. Bir şəhid, bir canlı şəhid, bir də şahid. Bir evdən çıxıb bütün elin qəhrəmanına çevrilən İsmayıl, İbrahim və Yaqub qardaşları "Üç qəhrəman qardaş" kimi tarixdə və ürəklərdə silinməz iz qoydular.

ÜÇ QƏHRƏMAN QARDAŞ

Qan ilə dövr edən vətən sevgisi,
Çiləndi vətənin dağ-dərəsinə.
Üç oğul böyütdü Məhəmməd kişi,
Hər biri düşmənə mərd gəldi sinə.

Mərdanə vuruşdu igid İsmayıl,
Cismi ürəyi tək yandı alışdı.
Onun ürəyinin azadlıq eşqi,
Bərq vuran ulduz tək hər an sayrışdı.

Vətən sevgisini dilə gətirdi,
Hər vaxt İbrahimin söylədiyi söz.
Vətən sevdalısı qurban elədi,
Vətənin yolunda iki görən göz.

Sonuncu döyüşün son qurbanısa,
Oldu bu ocağın son beşik payı.
Yaqub da qoşuldu müqəddəslərə,
Qəlblərdə ucaltdı şəhid sarayı.

MANYA SƏXAVƏTQIZI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub

    Vətən müharibəsində Raket və Artilleriya ...

    9-02-2021, 11:48

  • 
  • ÖLÜMSÜZLƏŞƏN QƏHRƏMAN

    ÖLÜMSÜZLƏŞƏN QƏHRƏMAN ...

    29-01-2021, 12:09

  • 
  • ƏSGƏRƏ MƏKTUB

    ƏSGƏRƏ MƏKTUB ...

    7-09-2020, 16:05

  • 
  • “Vətən mənim qürur mənbəyimdir”

    “Vətən mənim qürur mənbəyimdir” ...

    17-05-2017, 15:54

  • 
  • MN: Şəhidlərin adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu açıqlanacaq

    MN: Şəhidlərin adları, təvəllüdü, rütbəsi və ...

    3-12-2020, 15:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu