Türkiyəli professor Dr.Mehmet Ceyhan koronovirusla bağlı ümidverici açıqlama verib.
O, bu barədə DHA Agentliyinə danışıb.
Professor koronavirus peyvəndinin insan vücuduna yeridilməsi üçün yeni üsul təklif edib.
Onun sözlərinə görə, yeni tip intranazal peyvənd otaq temperaturunda daşına və saxlanıla bilər:
“Burundan vicuda daxil edildiyi üçün vürusa sürətli yoluxmanı əngəlləyir. Peyvənd olunmuş şəxslərin virusu alıb başqasına yoluxdurma ehtimalı da yoxdur. Çünki, viris ağız və burun vasitəsilə yayılır. Digər peyvəndlər qan hüceyrələri ilə qarşı-qarşıya gələnə qədər heç bir effekti vermir. Yəni, bu vaxta qədər istehsal edilən peyvəndlərlə bunu bacarmaq mümkün deyil. İstifadəsi çox rahatdır. İynəyə ehtiyac yoxdur. İstənilən şəxs burun spreyi ilə özünə tətbiq edə bilər. Bu, həm də peyvəndə qarşı qərarsızlığı aradan qaldırır. Bir çox insan iynə vurdurmaqdan qorxduğu üçün peyvənd olmaq istəmir. Bu problem də çözülmüş olur”.
“Əgər yetərincə istehsal edilərsə qısa müddətə çoxlu insanın peyvənd olunma şansı yaranacaq. Rahat bir şəkildə bir səhiyyə ocağına gedib ordakıların hamısını bir spreylə peyvəndləmək olar. Tək doza tətbiq edilir. İkinci dozaya ehtiyac yoxdur. İntranazal koronavirus peyvəndinə 7-8 aydan tez sahib olmaq mümkün deyil”, – Mehmet Ceyhan vurğulayıb./publika.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?