GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tıxaclar büdcəmizə necə təsir edir? – ŞƏRH

Tıxaclar büdcəmizə necə təsir edir? – ŞƏRH

Tarix: 1-04-2021, 19:00 Bölmə :Cəmiyyət Baxış: 347
Tıxaclar büdcəmizə necə təsir edir? – ŞƏRH


Hər gün qarşılaşdığımız tıxaclar vaxt itkisi ilə yanaşı səmərəli fəaliyyətimizə də əngəl olur. Eyni zamanda tıxaclar fərdlər və müəssisələr üçün birbaşa və dolayı əlavə xərclər yaradır.

Hər il dünya iqtisadiyyatına tıxaclara görə dəyən ziyan ÜDM-in 2 faizini təşkil edir. Bu isə 1,47 trilyon dollara bərabərdir. Tıxaclar böyük şəhərlərdən olan Londona illik 15,2 milyard dollar, Parisə 12,9 milyard dollar, Moskvaya 10 milyard dollar, İstanbula 6,3 milyard dollar, Romaya 3 milyard dollar, Berlinə 2,9 milyard dollar maddi ziyan vurduğu qeyd olunur.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı  ilk növbədə ölkəmizdə tıxacların yaranma səbəblərinə aydınlıq gətirib.

O bildirib ki, son vaxtlar Bakı şəhərində yollarda sıxlıq və tıxac mütəmadi olaraq müşahidə edilir, hətta müəyyən saatlarda sürücülər yola çıxmağa çəkinirlər:

“Bəzi küçələrdə daimi olaraq tıxac var. Xüsusilə də Mikayıl Useynov küçəsində, Neftçilər prospekti, Azneft meydanı yaxınlığında, Tbilisi, Heydər Əliyev, Ziya Bünyadov prospektlərində dəhşətli tıxaclar olur. Bəzən qeyri-pik saatlarda da tıxaclara rast gəlirik. Bu isə baş verən yol-nəqliyyat hadisələri, xüsusilə də texniki cəhətdən nasaz avtomobillərin yollarda qalması ilə əlaqədardır.

Həmçinin, yolun nəqliyyat yükü də çoxalıb. Metro işləmir və avtobuslarda hədsiz sıxlıq var. İnsanlar koronavirusa yoluxmamaq üçün şəxsi nəqliyyat vasitələrinə üstünlük verir, xüsusilə də tədris müəssisələrinə yollananlar övladlarını qorumaq məqsədilə şəxsi avtomobillərindən və ya taksidən istifadə edirlər.

Bu gün avtobus zolaqları da tıxaca səbəb olur. Bu zolaqlara daxil olmaq inzibati məsuliyyət yaradır və sürücülər 40 manat məbləğində cərimə olunurlar. Əhməd Rəcəbli, Rəşid Behbudov, Mikayıl Useynov küçələrində, Qara Qarayev, Neftçilər prospektləri boyunca və Bayraq meydanından Azneft meydanına qədər yaranan tıxaclara əsas səbəb məhz avtobus zolaqlarıdır. Həmin zolaqlara daxil olmayan sürücülər kilometrlərlə tıxacda gözləməli olurlar. Avtobuslar üçün zolaqları mövcud yollar hesabına deyil, əlavə zolaqlar hesabına yaratmaq daha əlverişli olardı”.

Tıxacların yaranmasında sürücülərin rolu da az deyil…

Ekspertin fikrincə, təəssüf ki, bəzən tıxacı sürücülərin özləri yaradır, hardasa yol nəqliyyat hadisəsi baş verdikdə sürücülər sürəti aşağı salaraq hadisə yerindən çəkiliş etməyə çalışır və hətta avtomobili saxlayıb seyr edirlər:

“Halbuki qarşıda yol tamamilə boşdur. Saatda 90 kilometr sürətlə gedilməli olan yolda 30-40 kilometr sürətlə gedirlər və bu tıxac yaradır. Şəhərin mərkəzi küçələrində isə bəzi sürücülərin səhlənkarlığı nəticəsində tıxaclar baş verir. Avtomobillərini yolun ikinci, üçüncü cərgəsində, piyada keçidlərinin, yol kəsişmələrinin yaxınlığında, döngələrdə parkinq edən şəxslər digər maşınların hərəkətinə mane olur.

Çox zaman sürücülər yol ayırıcılarında keçmə qaydalarını pozurlar. Bunun qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən sarı torlar çəkilib, lakin sürücülər bu qaydaları da kütləvi şəkildə pozurlar. Qanunda deyilir ki, qarşıda tıxac varsa yol ayırıcına daxil olmaq qadağandır. Əksər sürücülər isə işıqforda yaşıl işıq yanan kimi hərəkət edir və yolun ortasında qalırlar. Bu zaman sağdan və soldan gələn avtomobillərin hərəkətində də məhdudiyyət yaranır. Beləliklə intensiv hərəkət dayanır”.

Tıxaclar büdcəmizə necə təsir edir?

Tıxacların fərdi şəkildə insanlara təsirindən bəhs etməli olsaq ilk öncə “korlanan əsəblər”dən danışmaq olar. Dolayısıyla bu səhhətimizə mənfi təsir göstərir. İkincisi isə vaxt itkisi yaradır. Vaxt isə qızıldan da dəyərlidir. Bu iş əmsalına və günlük fəaliyyətimizə mənfi təsir edir. Hər gün hansısa elm adamı dərsə gecikir, onun tələbələrə verəcəyi tədrisin keyfiyyəti aşağı düşür, mühəndis işə gecikir və onun görəcəyi işin faiz dərəcəsi aşağı enir. Daha dəhşətlisi, təcili yardım avtomobili tıxacda qalan zaman nəticədə xəstə həyatını itirir. Bütün bunlar biri-birinə bağlı proseslərdir.

“Tıxaclar elə birbaşa cibimizə də ziyan vurur. Saatlarla tıxaclarda qalan sürücü boşuna yanacaq sərf edir. Bununla da vətəndaşlar ziyana düşür, büdcədən itirirlər. Bəzən tıxaclar zəncirvari qəzalara da səbəb olur və bunun da öz növbəsində gətirdiyi xərclər var”, – deyə Elməddin Muradlı əlavə edib.

Ölkə miqyasında iqtisadiyyata təsiri isə daha böyükdür…

Onun sözlərinə görə, dünya üzrə hər il tıxaclara görə milyardlarla dollar dəyərində xərc yaranır:

“Tıxaclar ətraf mühitə zərər vurmaqla yanaşı dövlətə və onun iqtisadi gücünə də təsir göstərir. Ətraf mühitin çirklənməsinə görə xərcləri dövlət qarşılayır. Hər il bu problemlərin aradan qaldırmasına külli miqdarda vəsait ayrılır. Saatlarla tıxacların olması avtomobillərdən ixrac olunan zəhərli qazların həcmini də artırır. Bu cür halların qarşının alınması üçün kompleks yanaşma tətbiq olunmalıdır. Şəhərdə nəqliyyat yükünü azaltmaq üçün yol şəbəkəsi genişləndirilməli, ictimai nəqliyyatın növləri artırılmalıdır. Elektrik mühərrikli və hibrid avtomobillərə, tramvay və trolleybuslara böyük ehtiyac var. Çünki onlar ətraf mühiti çirkləndirmir və insanların sağlamlığına zərər vurmur.

Bütün bu məsələlər Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin dekabr ayında imzalanmış “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapır. Təəssüf ki, pandemiyanın təsirindən, bəzi qurumların məsələyə səthi yanaşmasından hələ də bu proqram normal icra olunmur. Proqramın ümumiyyətlə icrası ilə bağlı ciddi işlər görülməyib. Ümid edirik ki, 2023-cü ilədək dönüş əldə etmək mümkün olacaq. Problem bəllidir və onun həlli yolları da var”.

Körpü və keçidlərin salınmasının tıxacların aradan qaldırılmasında əhəmiyyəti var 

O vurğulayıb ki, körpü və keçidlərin olması məsələyə ciddi təsir göstərir:

“Bəzi ərazilərdə yeraltı və yerüstü keçidlərin yoxluğu tıxaca səbəb olur. Bu yaxınlarda Xırdalan dairəsində genişləndirmə işləri aparıldı. Lakin, ərazidə hər gün tıxac yaranır. Çünki, dairədə qanunsuz taksi dayanacağı yaranıb. Bəzi sürücülər özbaşına dayanaraq sərnişin götürür və ya düşürdürlər.

Bəzən isə yerüstü keçidlər özü də tıxac yaradır. Çünki, piyadalar asfalt üzərində çəkilən zolaqlardan xaotik şəkildə istifdə edirlər və ya qrup şəklində hərəkət etmirlər. Piyada keçidindən fərd olaraq istifadə edirlər. Bu zaman sürücü onların hamısını gözləməli olur. Dünyanın bir çox ölkələrində keçidlər işıqforlarla nizamlanır. Azərbaycanda isə bu geniş yayılmış təcrübə deyil. Şəhərin mərkəzi küçələrində “28 May”, “Sahil”, “İçəri Şəhər”, “İnşaatçılar” metrostansiyaları yaxınlığında əsasən tıxacı yaradan piyadalar olur”.

Dünya üzrə hər il salınan yeni körpülərin iqtisadiyyata əlavə dəyər qatdığı qeyd edilir. Xüsusilə də logistika cəhətdən əhəmiyyətli vasitə hesab olunan körpülər tıxacların meydana gələn itkinin müəyyən hissəsinin bərpasına kömək edir. Lakin, bəzi ölkələrdə onların gətirdiyi gəlir tıxacların vurduğu ziyanı üstələyə bilmir./cumhuriyyet.net/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çin 513 milyard dollar itirdi

    Çin 513 milyard dollar itirdi ...

    11-01-2016, 13:40

  • 
  • Vahid Ələkbərov bir günə 1,37 milyard dollar itirdi

    Vahid Ələkbərov bir günə 1,37 milyard dollar ...

    10-04-2018, 23:50

  • 
  • Bu aktrisa bu il 1.5 milyard gəlir gətirib

    Bu aktrisa bu il 1.5 milyard gəlir gətirib ...

    31-12-2014, 17:57

  • 
  • Dörd saata 6 milyard dollar qazanan adam

    Dörd saata 6 milyard dollar qazanan adam ...

    30-04-2016, 11:09

  • 
  • 3 Milyard dollarını bagışladı-Fotolar

    3 Milyard dollarını bagışladı-Fotolar ...

    18-05-2013, 03:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu