Paytaxt Bakının "HAS ' ly Bazaar" restoranında, xeyli müddətdir bir qrup tanınmış siyasətçi tərəfindən yaradılan, Təşkilat Komitəsinə isə, bu müddət ərzində tanınmış ictimai-siyasi xadim, həm də ictimaiyyətin fəal diasporçu kimi tanıdığı, Azərbaycan və Rusiya dövlətlərininin ali mükafatlarının laureatı Mirkazım Seyidovun sədrlik etdiyi Böyük Dayaq Partiyası bu gün onlayn təsis qurultayını keçirir. Yarandığı gündən müxalifətdə olduğunu elan edən bu partiya rəhbərliyindən araz.az-a daxil olan məlumata görə, seçilən bütün nümayəndələr internet problemsiz qurultayın işində iştirak edəcəklər. Öncə qurultayda partiyanın təsis olunduğu elan ediləcək. Daha sonra, partiyanın Nizamnamə və proqram sənədləri, partiyanın atributları, loqosu, bayrağı və möhürü haqqında qərar veriləcək. Daha sonra isə, partiyanın İdarə, Təftiş-Nəzarət və digər heyətlərinin tərkibi seçiləcək. Məlumatda o da bildirilir ki, tanınmış ictimai-siyasi xadimlərin, ayrı-ayrı partiya liderlərinin qonaq olacağı bu qurultay, bu heyətlərin tərkibinə partiya üzvlərindən və məşhur şəxslərdən ibarət üzvlər qəbul etmək səlahiyyətinə malikdir. Partiya sədrini və onun müavinlərini, digər səlahiyyətli vəzifə sahiblərini isə, İdarə Heyəti keçirilməsi nəzərdə tutulan ilk iclasında seçəcək. Onu da qeyd edək ki, təsis qurultayını video-konfrans rejimində keçirən Böyük Dayaq Partiyası, tezliklə, rəsmi qeydiyyat üçün əlaqədar dövlət orqanlarına müraciət edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?