Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin iclası keçirilib. İclasda 17 noyabrda keçirilmiş KXCP Ali Məclisinin sessiyasının nəticələri, ölkədəki ictimai- ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, İdarə Heyətinin iclasında KXCP Ali Məclisinin qərarına uygun olaraq Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 25- ci ildönümünün qeyd olunması ilə bağlı partiyanın sədri Mirmahmud Mirəlioğlunun sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması qərara alındı. Eyni zamanda 2014- cü il “AXC ili” elan olunub. Təşkilat Komitəsinin tərkibinin açıq saxlanması, Milli Azadlıq Hərəkatında iştirak etmiş, AXC- nin qurulmasında xidmətləri olan tanınmış ictimai- siyasi xadimlərin, istiqlalçı millət vəkillərinin Komitəyə cəlb edilməsi qərara alınıb.
İclasda ölkədəki ictimai- siyasi vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda milli 17 noyabr- Milli Dirçəliş hərəkatının əsas qəhrəmanlarından olan Nemət Pənahlının qanunsuz olaraq həbsdə saxlanması qətiyyətlə pislənilib.
Milli Məclisdə müzakirəyə çıxarılan 2014- cü il dövlət büdcəsinin sosial yönümlü olmaması, xərc istiqamətlərinin daha çox korrupsiya xarakterli olması, eləcə də büdcədə təyinatdankənar xərcləmələrə, mənimsəmələrə yol açan tikinti-inşaat xərclərinin şişirdilməsi də pislənilib. Müzakirəyə təqdim olunan büdcə layihəsinin 09 oktyabr seçkilərindən öncə hakimiyyətin vəd etdiyi büdcə olmadığı və həmişəki kimi neftdən asılılığı qeyd olunub.
KXCP Bakı və ətraf rayonlarda sənədləri olmayan 500 mindən artıq evin lazımi qaydada sənədləşdirilməsini tələb edib. Haqqında məhkəmə hökmü çıxarılan Əvəz Zeynallının, Taleh Bağırzadənin, Sərdar Əlibəylinin, eləcə də məhkəmə prosesi davam edən İlqar Məmmədov və Tofiq Yaqublunun timsalında İsmayıllı hadisələri ilə bağlı qanunsuz həbs olunanların, NİDA- çı gənclərin və digər siyasi məhbusların dərhal azadlığa buraxılması tələb olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?