GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » General Muradovun Xankəndində açdığı süfrə - başda milyonçu ermənilər...

General Muradovun Xankəndində açdığı süfrə - başda milyonçu ermənilər...

Tarix: 14-04-2021, 17:28 Bölmə :Cəmiyyət Baxış: 306
General Muradovun Xankəndində açdığı süfrə - başda milyonçu ermənilər...


Elçin Mirzəbəyli: "Rüstəm Muradov özünü çar Rusiyasının general-qubernatoru kimi aparır, onun yaratdığı dərəbəyliyə son qoyulmalıdır”

Ermənistanda Köçəryanın timsalında revanşistlərə dəstək verən Rusiya eyni xətti Qarabağda da davam etdirir. Sülhməramlıların komandanı general Rüstəm Muradovun Xankəndində görüşdüyü ermənilər bu kontekstdə təsadüfi deyil. Rüstəm Muradovun Xankəndində iki biznesmenlə - bank sahibi Artak Balayan və milyonçu Armen Balayanla görüşüb nahar etməsi hər kəsdə bir sual yaradıb ki, sülhməramlı general nə etməyə çalışır?

Qeyd edək ki, Armen Balayan Robert Köçəryana yaxınlığı ilə tanınır. Bu naharın Putin-Köçəryan görüşündən sonra olması xüsusilə diqqət çəkir. Ekspertlər hesab edir ki, Rusiya İrəvanda Köçəryan, Xankəndində Balasanyan komandasını gücləndirir. Növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayan Rusiya Erməniləri Birliyinin rəhbəri (REB), milyonçu Ara Abramyanın əsas missiyasından biri də seçkidə rus cəbhəsinin maliyyəsini təmin etmək olacaq. Xankəndində də Muradov pullu erməniləri Balasanyan komandasının maliyyələşməsinə cəlb edir. Həmçinin Rusiya Qarabağa qaytardığı ermənilərin orada yaşaması üçün lazım olan maliyyə vəsaitini erməni biznesmenlərin üzərinə qoyur. Bütün bunlar isə son nəticədə Rusiyanın Qarabağdakı mövcudluğunun ömrünü uzatmağa hesablanıb.

Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, Rüstəm Muradovun fəaliyyətinin onun "sülhməramlı missiyası” ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur: "Bu şəxs Xankəndində siyasətlə məşğul olur və özünü çar Rusiyasının general-qubernatoru kimi aparır. Onun Bakıdan boş təyyarə ilə geriyə qayıtdıqdan sonra, Robert Köçəryanın yaxın ətrafına, həmçinin ermənilərin Moskvadakı biznes elitasına daxil olan şəxslərlə görüşməsi də, ola bilsin ki, Rüstəmin Bakıdan suyu süzülə-süzülə geri qayıdışına onun və idarəçilərinin reaksiyasıdır. Ümumiyyətlə, Rusiyanın sülhməramlı missiyası ilə bağlı məsələyə, düşünürəm ki, yenidən baxmağın zamanıdır. Bu missiyanın Azərbaycan ərazilərindəki fəaliyyəti 10 noyabr 2020-ci il bəyanatının 3 və 4-cü bəndləri ilə tənzimlənir. 3-cü bənddə sülhməramlı kontingentin, onların istifadəsində olan hərbi və xüsusi texnikanın, avtomobillərin sayı göstərilir. 4-cü bənddə isə onların Azərbaycan ərazisində mövcud olacaqları müddət və sair bu kimi məsələlər yer alır. Sülhməramlı kontingentin Azərbaycan torpaqlarında olduğu müddətdə nə ilə məşğul olacağı, səlahiyyətlərinin sərhədləri ilə bağlı bəyanatda heç bir məqam yer almayıb. Bütövlükdə sülhməramlı missiyaların fəaliyyəti BMT-nin ümumi doktrinası ilə müəyyənləşir. Bu doktrinanın da əsas prinsiplərindən biri sülhməramlıların olduqları ərazidə həmin ərazi üzərində beynəlxalq səviyyədə tanınmış suveren hüquqları olan dövlətin qanunlarının işləməsini təmin etməkdən ibarətdir. Amma bəlli olduğu kimi, Rüstəm özünü dərəbəyliyin kəndxudası kimi aparır və səlahiyyətlərindən, başından böyük işlərlə məşğul olur. Bu baxımdan da Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki mövcudluğu ölkə qanunvericiliyi ilə müəyyənləşməli və Rüstəm Muradovun yaratdığı dərəbəyliyə son qoyulmalıdır. Qeyd edim ki, ölkəmizdə Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Qanun 11 may 2010-cu ildən qüvvədədir. Hüququn fəlsəfəsinə görə, Azərbaycan ərazisindəki sülhməramlıların fəaliyyəti də sözügedən qanunun fəlsəfəsinə uyğun tənzimlənməli və xarici sülhməramlı qüvvələrin ölkəmizin sərhədləri daxilində mövcudluğu ilə bağlı müvafiq hüquqi-normativ akt qəbul olunmalıdır".

Robert Köçəryanla bağlı məsələyə gəldikdə isə politoloq hesab edir ki, Rüstəmin "başbilənləri” bu hərbi cinayətkara qarşı Azərbaycanda olan münasibəti çox yaxşı bilirlər: "Və anlayırlar ki, belə bir şəxsin Ermənistanda hakimiyyətə gəlməsi 10 noyabr bəyanatının tam şəkildə həyata keçirilməsinə və açıq qalan bəzi sualların həllinə maneə yarada bilər. Məhz bu baxımdan da Robert Köçəryanı ”xoxan" kimi istifadə edir, Azərbaycan tərəfini qıcıqlandırmağa çalışırlar. Bununla yanaşı, Rusiyada başa düşürlər ki, Robert Köçəryanın yenidən hakimiyyətə gəlməsi mümkün deyil və bu marionet kuklanın öz ölkəsində qara qəpik qədər dəyəri yoxdur. Amma Moskva Köçəryanın ətrafına öz uşaqlarını toplayıb onu parlamentə ana müxalifət statusunda yerləşdirə və seçkilərdən sonra formalaşacaq hakimiyyətə qarşı təzyiq aləti kimi istifadə edə bilər. Amma proseslərin Kremlin arzuladığı kimi inkişaf edəcəyinə indiki halda kimsənin zəmanət verəcəyi mümkün deyil. Çox yaxın vaxtlarda bütün dünyada aqressiv separatizmə, işğalçı siyasətə qarşı ciddi bir koalisiyanın formalaşacağının şahidi ola bilərik".

Hərbi ekspert Şair Ramaldanov da "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sülhməramlıların fəaliyyəti konkret təlimatlar əsasındadır və R.Muradov ondan kənara çıxa bilməz: "Rüstəm Muradov generaldır, əmrə tabe olan adamdır. O icraçıdır, ona sülhməramlı qüvvələrin idarə olunması kimi bir səlahiyyət həvalə olunub. Sülhməramlı qüvvələrin idarə olunması müəyyən təlimatlar və rəhbər sənədlər əsasında olur. Hərbidə hər şey müəyyən bir proqram üzrə inkişaf edir. Onun kimlərlə görüşməsi şəxsi işidir. Ancaq erməni tərəfi ilə görüşləri heç vaxt Azərbaycanın faydasına olmayacaq. Lakin bu görüşlərin Azərbaycanın mövqeyinə bir mənfi təsiri olacağını da düşünmürəm”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya şirkəti Xankəndində müasir xəstəxana tikir

    Rusiya şirkəti Xankəndində müasir xəstəxana tikir ...

    19-08-2013, 12:48

  • 
  • Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

    Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin ...

    12-11-2020, 21:28

  • 
  • “Rüstəm Muradovdan izahat almalıyıq” – Generalın son açıqlamasına SƏRT ETİRAZ

    “Rüstəm Muradovdan izahat almalıyıq” – Generalın ...

    9-02-2021, 08:42

  • 
  • Paşinyan Kremllə “bazarlığ”a oturacaq? - TƏHLİL

    Paşinyan Kremllə “bazarlığ”a oturacaq? - TƏHLİL ...

    4-09-2019, 11:50

  • 
  • Ermənilər məktəbləri də minalayıb - Rusiya MN

    Ermənilər məktəbləri də minalayıb - Rusiya MN ...

    2-12-2020, 12:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu