GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda 91 yaşlı qadın aclıq aksiyası keçirir

Azərbaycanda 91 yaşlı qadın aclıq aksiyası keçirir

Tarix: 15-04-2021, 11:49 Bölmə :Cəmiyyət Baxış: 265
Azərbaycanda 91 yaşlı qadın aclıq aksiyası keçirir


Bakının Türkan qəsəbəsinin sakinləri - sağ olduqları halda, ölmüş kimi rəsmiləşdirilib, torpaqları satılan 91 yaşlı Xumara Şabanova, 80 yaşlı Əzizəxanım Atayeva və 76 yaşlı Tamara Süleymanova iki gündür ki, aclıq aksiyası keçirir. Artıq onların səhhətində ciddi problemlər yaranıb, təcili tibbi yardım çağrılıb. Buna baxmayaraq, onlar Meydan TV-yə bildiriblər ki, tələbləri yerinə yetirilənə qədər aclığı davam etdirməkdə israrlıdılar.

80 yaşlı Əzizəxanım Atayeva deyir ki, aprelin 12-də Baş Prokurorluqdakı görüşdən də məyus qayıdıblar: “Baş Prokurorluqda bizə son söz demədilər. Mənim tələblərimdən biri Natiqin (qəsəbə sakini Natiq Məhəmmədsoy) azadlığa buraxılmasıdır. Adamı bizə görə şərləyiblər, xəcalətimdən ölürəm. Bir kəndin içində, qonşuluqda ayıbdır ki, bizə görə başqasının uşağını şərlədilər, ailəsi başsız qaldı. Natiq bizə yol göstərirdi, vəkili o tutmuşdu bizim üçün. Üç qardaşım var, üçü də ölüb. Uşaqlarımın da belə işlərdən başı çıxmır. O, aparıb vəkilləri göstərdi ki, hansını istəyirsən, onu tut özün üçün. Onu şərlədilər. Torpağım da gedib, xalqın uşağı da gedib. Özümə ar bilirəm bunu…”


Əzizəxanım Atayevanın sözlərinə görə, o, sözügedən torpaq sahəsini böyük oğlunun mülkiyyətinə keçirmək istəyəndə bu işin üstü açılıb: “İstəyirdim ki, oğlumun adına salım torpaq sahəsini. Gedib gördüm ki, məni neçə ildir “öldürüblər”. Dörd uşağımdan da ancaq biri var, guya. Versinlər torpağımın sənədlərini, heç kimdən heç nə istəmirəm. Ancaq düzgünlük istəyirəm. Böyük vəzifəli şəxslərə yaraşarmı ki, bizi dəqiqədə aparıb-gətirirlər? Mən aclığı davam etdirəcəyəm, Natiqi buraxsınlar. Yol tanısam, birbaşa İlham Əliyevin qəbuluna gedərəm. Necə olmasa, bir ana kimi, bir nənə kimi, məni qəbul edib, dərdlərimə qulaq asar. Neçə aylardır əziyyət çəkirəm…”

91 yaşlı Xumara Şabanova da bildirib ki, həm zəbt olunmuş torpaq sahəsinin sənədlərlə özünə qaytarılmasını, həm də Natiq Məhəmmədsoyun həbsdən buraxılmasını tələb edir:

“Zəng eləyirlər ki, internetdə, telefonda göstərirlər səni, xəcalət çəkirəm. Mənim 91 yaşım var. Özümü asmaq həddinə çatmışam. İşimə düzgün baxmadıqlarına görə özümə qəsd eləməyə məcburam. Qoca vaxtımda onsuz da yeyimcil adam deyildim. Gündə bir dəfə yeməyi də üç gündür ləğv eləmişəm. Mən onsuz da heç vaxt qarındolusu çörək yeməmişəm. Yoldaşım ölüb, 36 yaşında 6 uşaqla qalmışam. Elə vaxt olub, yeməyə çörək tapmamışam. Qoca vaxtımda da bunu başıma gətirdilər. Bütün müqəddəslərə and içirəm, o uşaq (Natiq Məhəmmədsoy) bizə heç nə öyrətməyib. Maşınımız yoxdur, qoca adamlarıq, maşınıyla aparıb bizi, vəkil tutmağa kömək eləyib. Bir kəlmə deməyib ki, belə danışın, elə danışın. Xəcalət çəkirik ki, bizə görə onu şərlədilər…

Natiq Məhəmmədsoyun anası, 76 yaşlı Tamara Süleymanova bildirib ki, aprelin 12-də səhhəti pisləşərkən gələn Təcili Tibbi Yardım həkimi onun insult təhlükəsilə üz-üzə olduğu haqda xəbərdarlıq edib. Ondan qida qəbul etməsini istəyib. Amma Tamara Süleymanova fikrindən daşınmayıb:

“Üç gündür aclıq eləyirəm uşağıma görə. Prokurorluqda deyirlər ki, Natiqin əvvəl də məhkumluğu olub. Əvvəl səhvi olubsa, cəzasını da çəkib. Əvvəl cinayət törədibsə, indi şərləmək olar? Bəs camaatın torpaqlarını satıb yeyənlər cinayət törətməyib? Onları niyə buraxırsız? Başqa çarəm yoxdur, uşağım gələnə qədər aclıq eləyəcəm. Ölsəm də, öləcəm…”

Əzizəxanım Atayeva və Xumara Şabanovanın ölmüş kimi təqdim olunub, əmlakının ələ keçirilməsilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar gedir. Əvvəlcə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev və qəsəbə sakini Çingiz Səfərov həbs olunub. Daşqın Nəsirov barəsində isə axtarış elan edilib. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov ötən ilin dekabrında tutulub. Keçmiş icra nümayəndəsinə qarşı vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, digər iki nəfərə qarşı isə dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamları irəli sürülüb.

Daşqın Nəsirov bu yaxınlarda səhhətindəki problemlər əsasıyla ev dustaqlığına buraxılıb. Bu da zərərçəkmiş tərəfin etirazına səbəb olub.

Martın 5-də saxlanılan Natiq Məhəmmədsoya qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, saxlama, daşıma) maddələrilə ittiham irəli sürülüb.

1966-cı il təvəllüdlü Natiq Məhəmmədsoy məhkəmədə günahsız olduğunu, evindən və maşınından tapıldığı iddia olunan silah və narkotik ona aidiyyəti olmadığını deyib. O bildirib ki, saxtakarlıqla mülkiyyəti əlindən alınan yaşlı qonşuların hüquqlarının müdafiəsində onlara kömək etdiyinə görə cəzalandırılıb.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb - sensasion gəlişmə

    Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın ...

    25-09-2020, 11:20

  • 
  • Türkanda torpaq mafiyasını ifşa edən şəxsin həbsinin təfərrüatları – Anası nazirə müraciət etdi

    Türkanda torpaq mafiyasını ifşa edən şəxsin ...

    18-03-2021, 15:28

  • 
  • Zeynəb Xanlarovanın həbsdəki qohumu azadlığa buraxıldı

    Zeynəb Xanlarovanın həbsdəki qohumu azadlığa ...

    6-04-2021, 11:21

  • 
  • Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü” - yeni adlar

    Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü” - ...

    15-09-2020, 10:35

  • 
  • Qobustanda 19 məhbus aclıq aksiyası keçirib

    Qobustanda 19 məhbus aclıq aksiyası keçirib ...

    11-05-2013, 12:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (482)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu