GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü” - yeni adlar

Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü” - yeni adlar

Tarix: 15-09-2020, 10:35 Bölmə :Cəmiyyət Baxış: 699
Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü” - yeni adlar


Bakının Türkan qəsəbəsində inanılmaz cinayət sxemində iştirak edən daha iki şəxsin adı üzə çıxıb. Bunlardan biri eks deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov, digəri isə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərovdur.

Türkanda baş verən cinayətin mahiyyəti budur ki, qəsəbə icra nümayəndəliyinin başçısı Rahil Babayev 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın ailə tərkibləri haqda arayış verib. Həmin arayışlarda hər iki qadının ailə tərkibləri haqda məlumatlar saxtalaşdırılıb. İlk baxışdan mənasız görünən bu saxtalaşdırma çox böyük cinayətlərə, qrup şəklində dələduzluqlara yol açıb. Belə ki, qadınlara saxta “ölüm kağızı” verildikdən sonra onlara məxsus olan və Türkan qəsəbəsinin perspektivli dənizkənarı hissəsində yerləşən bağ torpaq sahələri ələ keçirilib və fantastik qiymətə satılıb, özgəninkiləşdirilib.

Cinayətin baş tutması üçün hər iki qadın ölmüş elan olunub! Hazırda həyatda olan 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var! Bəli, məhz belədir, adamlar həyatdadır, amma rəsmi olaraq “dünyadan köçüblər”.

“Yeni Müsavat”a daxil olan məlumata görə, icra namyəndəsi Rahil Babayev saxta arayış verməkdən əlavə son nəticədə bağ-torpaq sahələrinin satışının baş tutması üçün də addımlar atıb. 2017-ci ildə Türkan qəsəbə icra nümayəndəsi Rahil Babayev Əzizə Atayevanın oğluna deyib ki, onu işə düzəldəcək. Bunun üçün işçisi Mehmanı Əzizə Atayevanın oğlunun yanına göndərib. Mehman Rahil Babayevin adından deyib ki, bəs Çingiz adlı şəxsin adına etibarnamə verməlidir ki, onu işə düzəldə bilsinlər.

Çingiz Xeyrəli oğlu Səfərov Türkanda Rahil Babayevə yaxın şəxs kimi ad çıxarıb. Onları tez-tez Türkandakı “Eldar” İstirahət Mərkəzində bir yerdə olurlar.

Ona görə də Əzizə Atayevanın oğlu Mehmanın Rahil Babayevin adından dediyi sözlərə inanmaqdan başqa yolu olmayıb. Çingiz Səfərov Əzizə Atayevanın oğlunu Nərimanov rayonunda yerləşən 5 saylı “ASAN xidmət” mərkəzinə aparıb, orada adından çıxış etmək üçün baş etibarnamə alıb. Rahil Babayevin verdiyi saxta arayışda isə Əzizə Atayevanın həyat yoldaşının yeganə vərəsəsi kimi məhz həmin oğlu göstərilib, digər övladlarının olması gizlədilib. Beləcə Rahil Babayev saxta arayış verməklə yanaşı həmkəndlilərinin inamından sui-istifadə etməklə Əzizə Atayevanın oğlundan baş etibarnamə alınmasına nail olub. Həmin baş etibarnamə əsasında Əzizə Atayevanın həyat yoldaşının adına olan bağ-torpaq sahəsi Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun adına keçirilib və sonuncu bağ-torpaq sahəsini satıb!

Nəticədə çoxuşaqlı ailənin xəbəri olmadan onlara məxsus bağ-torpaq sahəsi özgəninkiləşdirilib.

Eyni sxem üzrə 90 yaşlı Xumara Şabanovanın da həyat yoldaşının adına olan bağ-torpaq sahəsi ələ keçirilərək satılıb. Yaxşı düşünülmüş bu cinayət sxemi üzrə Türkan qəsəbəsində 10-a yaxın bağ-torpaq sahəsinin ələ keçirilməsi haqda iddialar var.

Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü”

Daşqın Nəsirov

Bu cinayət sxemindən əldə olunan gəlirin bölünməsi, böyük dələduzluq cinayətində Rahil Babayev, Çingiz Səfərov, Daşqın Nəsirovdan başqa digər vəzifəli şəxslərin iştirakları da istisna olunmur.

Necə olub ki, 2 yaşlı qadın həyatda ikən onlara ölüm haqda şəhadətnamə verilib və bundan sonra da hər iki qadına pensiya ödənib?

Qayda belədir ki, əgər vətəndaş dünyadan köçürsə, avtomatik olaraq ona ödənilən pensiyanın verilməsi dayandırılır.

Xumara Şabanova və Əzizə Atayeva illər öncə “öldürülüb”, amma onlara pensiya verilişi dayandırılmayıb. Əgər həmin ölüm şəhadətnamələri verildiyi gündən sonra pensiya ödənişi dayandırılsa idi, hər iki qadın bağ-torpaq sahələrinin ələ keçirilməsi planı - cinayətindən duyuq düşə bilərdilər. Amma pensiya verilişi dayandırılmayıb və Rahil Babayev, işin içində olan digərlərindən savayı bu məsələdən xəbər tutmayıb. Bunu necə bacarıblar?

Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü”

Rahil Babayev

Bu arada ahıl yaşlı qadınlar Baş Prokurorluqda olub, baş verən cinayətiin araşdırılmasını, Rahil Babayev və dəstə üzvlərinin cəzalandırlmasını tələb ediblər. Qadınların Prezident Administarasiyasına gedərək baş verənlərin ölkə rəhbərliyi səviyyəsinə qaldırılmasına nail olmağa çalışacaqlar. Türkan qəsəbəsində bu böyük, inanılmaz cinayətin araşdırılmasını, qanunsuzluğun aradan qaldırılmasını diqqətlə izləyən xeyli vətəndaş var. Rahil Babayev qəsəbədə “mənə heç kim, heç nə edə bilməz” kimi fikirlər söyləyib. Hər iki qadının övladlarına yönəlik hədələr də var.

Yada salaq ki, Əzizə Atayevanın ölüm haqqında şəhadətnaməsində 2006-cı il 10 iyun tarixində ürək çatışmazlığından dünyadan köçməsi qeyd olunub.

Bu dəhşətli cinayətin üstü illərlə bağlı qaldığından daha bir oxşar cinayət törədilib. Bu dəfə, 20 may 2014-cü ildə Xumara Şabanova eyni diaqnozla (kəskin ürək çatışmazlığı) “öldürülüb”! Hər iki qadın baş vermiş cinayətdə icra nümayəndəsi Rahil Babayevin adını çəkirlər.

90 yaşlı Xumara Şabanova, 80 yaşlı Əzizəxanım Atayeva bir daha baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək onlara qarşı baş verən cinayətlərin araşdırılmasını, ailələrinin təhlükəsizliyinin təmin edilməsini, bağ-torpaq sahələrinin qaytarılmasını xahiş ediblər.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Türkan qəsəbəsi üzrə icra nümayəndəsi Rahil Babayevlə əlaqə saxlayıb. Nümayəndə baş verənlərlə bağlı şərh vermək istəməyib. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkanda Hacı Rahil despotizmi

    Türkanda Hacı Rahil despotizmi ...

    10-02-2013, 10:55

  • 
  • İcra nümayəndəsi camaata “qan uddurur”

    İcra nümayəndəsi camaata “qan uddurur” ...

    5-07-2015, 18:04

  • 
  • Bakıda 23 yaşlı oğlanı maşının baqajına salıb apardılar

    Bakıda 23 yaşlı oğlanı maşının baqajına salıb ...

    11-02-2014, 12:15

  • 
  • Bakıda ŞOK QƏTL: ana 15 yaşlı qızını öldürdü

    Bakıda ŞOK QƏTL: ana 15 yaşlı qızını öldürdü ...

    4-08-2016, 12:02

  • 
  • Azərbaycanlı ailə İŞİD-ə qoşulmaq üçün Suriyaya getdi

    Azərbaycanlı ailə İŞİD-ə qoşulmaq üçün Suriyaya ...

    7-01-2015, 22:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu