"CARÇI Express" jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın təsisçisi və baş redaktoru Sərxan Carçının "GundemXeber.Az-a verdiyi məlumata görə, jurnalın bu sayı Qafqaz İslam Ordusuna həsr olunub:
Jurnalı təsis edəndə, rüblük təsis etdik və hər sayını önəmli bir mövzuya həsr etməyə qərar verdik. Birinci sayımızı Qazaxda baş verən Bağlanış Ayrım soyqırımına, Qazaxın hələ də işğalda olan 7 kəndinə, erməni terroruna və bu ətrafda mövzulara həsr etmişdik. Bu sayımızı isə Qafqaz İslam Ordusuna həsr etmişik və dəyərli müəlliflərin maraqlı yazıları yer alıb.
Onu da qeyd edim ki, bu sayımız Türk Dünyası Araşdırmaları Vakfının, Bakı Atatürk liseyinin dəstəyi ilə ərsəyə gəlib. Mən də öz növbəmdə vakfın başqanı, hörmətli Közhan Yazqan bəyə, Liseyin müdiri Eylem Gültekin xanıma və bütün zəhməti keçənlərə təşəkkür edirəm.
Sorğu
Yeni dizaynımız necədir?