Şəhid hərbi pilot, mayor Təbriz Musazadənin iki övladı Tayfun və Onurla bağlı növbəti xoş xəbər var.
gundemxeber.az bildirir ki, Türk Dünyası Bakı Atatürk Liseyindən lent.az-a verilən xəbərə görə, həmin uşaqların ali təhsilləri, hətta ali təhsildən sonrakı bütün magistratura xərcləri belə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən ödəniləcək.
Türk Dünyası Bakı Atatürk Liseyinin müdiri Ali Devrimin məlumatına görə, bu barədə vəqfin başqanı Közhan Yazqan qərar verib.
Xatırladaq ki, ötən həftənin cümə günü Tayfun və Onurun təhsil aldığı Türk Dünyası Bakı Atatürk Liseyində anım tədbiri keçirilmişdi. Həmin tədbirdə onların liseydəki təhsil haqlarından azad olması elan edildi. İndi isə məlum oldu ki, şəhid övladları bir ömür boyunca aldıqları bütün təhsilin xərclərini Türk Dünyası Araşdırmaları Vəqfi öz üzərinə götürüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?