GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Maska taxmaq COVİD-19-dan qurtuluş yoludurmu? – Professorun şərhi

Maska taxmaq COVİD-19-dan qurtuluş yoludurmu? – Professorun şərhi

Tarix: 16-04-2021, 11:30 Bölmə :Cəmiyyət Baxış: 311
Maska taxmaq COVİD-19-dan qurtuluş yoludurmu? – Professorun şərhi


Artıq bir ildən artıqdır ki, insanlığı əsirinə çevirən COVİD-19-dan əsas qorunma yollarından birinin maska taxılması olduğu bildirilir. Bu hal dünyanın əksər ölkələrində hətta rəsmləşdirilib.

Bu sözləri professor Musa Qəniyev bildirib. O, maska taxmağın istər xeyirli, istərsə də zərərli tərəfini hərtərəfli təhlil edib:

"Hazırda bu haqda kəskin, ziddiyyətli yanaşmaları, insanların bu məsələyə sonsuz marağını, xüsusən bu haqda bir dənə də olsa tövsiyə xarakterli maarifləndirici məlumata rast gəlmədiyimə görə, bu problemə münasibət bildirməyin artıq zərurət olduğu qənaətinə gəldim:

Qoruyucu maskalardan istifadənin tarixi bizim eradan əvvəl 6-cı əsrdən başlayır. Ondan əvvəl isə, insanlar tanınmamaq məqsədilə maskalardan istifadə edirdi. Hazırkı tibbi maskaların sələfi hesab olunan "quş maskalarından” (quş dimdiyini xatırladan görünüşü vardı) 1345-1351-ci ildən Avropada 25 milyon insanın ölümünə səbəb olan "Qara ölüm”- Taun (çuma, pestis) pandemiyası yayıldığı dövrdən istifadə olunmağa başladı.

COVİD-19 pandemiya halını aldıqdan sonra, maska taxmağa münasibətdə dünya iki qütbə ayrıldı. Bir sıra ölkələrdə insanlar maskadan mütləq şəkildə istifadə etməyə başladı (məs. Cənubi Şərqi Asiya ölkələri). Bir sıra ölkələrdə isə buna son zamanlara qədər demək olar ki, əməl olunmurdu. Bir qrup Amerika və Tayvan alimlərinin "Science” jurnalında dərc olunan tədqiqatı göstərdi ki, digər viral infeksiyalardan fərqli olaraq, COVİD-19 törədiciləri tək kataral vəziyyətdə olan xəstələrdən deyil, hətta xəstəliyi simptomsuz keçirən şəxslərin tənəffüs havasında 0,1 -1000 nonometrli hissəciklər şəklində ətraf mühütə verilə, eləcə də əşyaların üstünə çökərək, uzun müddət saxlanılmaqla, kontakt yolu ilə yoluxmaya səbəb ola bilər. Tənəffüs havası ilə rütubətləndirilən qapalı mühütdə isə, onlar istər hava, istərsə də çökdüyü səthdə daha uzun müddət qaldığından, virusun virulentlik əmsalı və yoluxdurma potensialı qat-qat yüksək olur (bu həqiqətdir).

İndi isə, bu söyləntilərin arxasında duran əsl reallıq haqqında:

Tənəffüs havası ilə mikroaerozollar şəklində əşya səthinə çökən virusun güya maska taxılmasa, "əl-ayaq-ağız” yolu, yəni kontakt yolla ağıza və ya buruna düşərək xəstəlik törətməsi barədə bildirmək istəyirəm ki, xüsusən açıq havada istənilən bir əşyanın, hətta taxılmış maskanın üzərinə düşmüş Covid 19 virusu, mürəkkəb struktur əsaslı olduğundan, çox sürətlə parçalanaraq nuklein ardıcıllığını itirdiyi üçün, yoluxduruculuq qabiliyyəti praktik olaraq sıfırlanır (istənilən səth üzərində uzun müddət yalnız bəsit struktura malik olan viruslar, məsələn polimielit virusu, yaşaya bilir). Bu halda hətta laborator müayinə həmin səthdə virusun olduğunu təsdiqləsə belə, bu artıq yoluxduruculuq qabiliyyətindən tam məhrum olan inaktiv ştamm və ya genom fraqmentidir. Yəni heç bir halda yoluxma törədəcək gücə və ya potensiala malik deyildir və malik ola da bilməz.

Covid 19-un hava damcı üsulu ilə yoluxması haqqında:

Bu haqda məlum alimlərin söylədikləri və gəldiyi qənaətdən çox da qorxub panikaya düşmək lazım deyildir; çünki, ölçüsü yalnız 20 nonomikronda kiçik olan hissəçiklər ağ ciyər və tənəffüs yollarına keçə bilir; 1 mlm tənəffüs havasında 1000 mkm hissəçik olsa belə, 20 nonomikrondan kiçik hissəciklərin faiz nisbəti, heç də həmişə yoluxmaya səbəb olan virus yükünü daşımağa imkan vermir;

ölçüsü 20 nonomikrondan böyük olan hissəçiklər isə, yalnız həzm traktına daxil olur və mədənin turş mühütündə ani olaraq inaktivləşir; hətta həmin şəxs axlorhidriyadan əziyyət çəkirsə belə, həzm traktında AÇF reseptorları olmadığından, bu halda Covid 19-a yoluxma haqqında düşünmək belə absurd bir şeydir;

digər tərəfdən, hətta günəş şüası olmadıqda belə, təmiz atmosfer havası çox yüksək antimikrob və antiviral təsirə malikdir və çox qısa müddətdə virusların genom strukturunu inaktivıəşdirməklə, onların virulentlik əmsalını sıfırlayır.

Odur ki, yalnız yaxın kontaktda, xüsusən, qapalı mühüt daxılındə (təkrar edirəm, qapalı mühüt daxilində) bu infeksiyadan qorunmanın əsas yollarından biri maska taxmaqdır.

İndi isə maska taxmanın yaxın və uzaq fəsadları haqqında:

Uşaqlara təsiri.

Birinci uşaqlıq yaş dövrü sona çatana qədər (6 yaş) bronx-ağ ciyər sistemi formalaşmadığına görə, uşaqlara maska taxmaq qəti qadağandır. Bu hal faciəyə səbəb ola bilər. Yalnız zərurət yaranarsa (uşaq təhlükə gözlənilən qapalı mühütə girirsə), maska qısa müddətə- 10-15 dəqiqə taxıla bilər. Yaxşı olar ki, maska taxmağa bu münasibət, uşaqlarda ağ ciyər-tənəffüs sistemi tam formalaşana qədər, yəni qiz uşağının 11, oğlan uşağının isə 12 yaşı olana qədər əməl olunsun”./qaynarinfo/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəxsi avtomobildə maska taxılması məcburidirmi? – “Mənasız bir şeydir”

    Şəxsi avtomobildə maska taxılması məcburidirmi? – ...

    26-11-2020, 10:43

  • 
  • Millət vəkilindən maska ilə bağlı HƏYƏCAN TƏBİLİ: “Mütləq tədbir görülməlidir”

    Millət vəkilindən maska ilə bağlı HƏYƏCAN TƏBİLİ: ...

    13-04-2021, 12:29

  • 
  • Dekabrın 14-dən parça maska taxanlar cərimələnəcək?

    Dekabrın 14-dən parça maska taxanlar ...

    12-12-2020, 20:14

  • 
  • Apteklərdə tibbi maska qıtlığını kimlər yaradır? - Araşdırma

    Apteklərdə tibbi maska qıtlığını kimlər yaradır? ...

    27-02-2020, 11:55

  • 
  • Honkonq məhkəməsi maska taxılması qadağasını Konstitusiyaya zidd hesab edib

    Honkonq məhkəməsi maska taxılması qadağasını ...

    18-11-2019, 12:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu