Honkonq Ali Məhkəməsi mitinqlər zamanı maskalar taxılmasının qadağan edilməsinin Konstitusiyaya zidd olduğu barədə qərar qəbul edib.
Bu barədə Report TASS-a istinadən xəbər verir.
"South China Morning Post" qəzeti yazır ki, 25 pan-demokratdan ibarət qrup 1922-ci ildə Honkonqun hələ Britaniya müstəmləkəsi olduğu dönəmdə hazırlanmış fövqəladə tədbirlər haqqında xüsusi qanundan şikayət edib. Həmin Honkonq administrasiyasının başçısına ictimai təhlükə yaradan fövqəladə vəziyyət olduqda istədiyi kimi qərar vermək hüququ verir. Bu qanuna əsasən də maskalar taxmaq qadağası tətbiq edilmişdi. Bununla razılaşmayan deputatlar qadağanın insan hüquqlarını təməl prinsiplərini məhdudlaşdırdığını və yalnız nümayişçilərə şamil edilmədiyini bildirib. Məhkəmə də bu qanunun xüsusi inzibati bölgənin "Əsas Qanunu"na (Konstitusiya) uyğun olmadığı barədə qərar verib.
Xatırladaq ki, Honkonq rəhbərliyi bu il oktyabrın 4-də keçirilən nümayişləri və ictimai tədbirləri zamanı maskalar taxmağı qadağan etmişdi. Yenilik meqapolisdə ictimai iğtişaşları azaltmaq məqsədi ilə edilmişdi.
Sorğu
Yeni dizaynımız necədir?