“Xaliq Faiqoğlu” şirkəti istismarındakı marşrut xətlərinin hamısınbın elektron ödəniş sisteminə qoşulmasını yekunlaşdırmaqdadır. Eyni zamanda 2 gün sonra, yəni 23 aprel tarixindən 119 saylı marşrut xətti də kart sisteminə qoşulacaq və bu barədə dövlət qurumları ictimaiyyəti məlumatlandırıb. Lakin bir neçə nəfər sürücü marşrutun kartla ödənişə keçdiyini bilə-bilə avtobusların əvvəlki formada – nağd ödəniş şəklində fəaliyyət göstərməsini istəyir, Onlar qabaqcadan əlbir olaraq, 119 saylı müntəzəm marşrut xətti üzrə idarə etdikləri avtobus nəqliyyat vasitəsi ilə gün ərzində yığılan gediş haqqının, gündəlik müəyyən olunmuş hissəsini şirkətin xəzinəsinə ödəməli olduqları halda, etibardan sui istifadə edərək, xeyli müddət ödəməkdən yayınaraq, külli miqdarda pul məbləğini mənimsəyiblər. Hazırda heç bir sürücüyə əmək haqqı borcu mövcud deyil. Sürücülərin etdikləri qanunsuzluqlarla bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?