Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşının əmlaklarının siyahısı müəyyənləşdirilib.
"STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun mülkiyyətində olan qeyri-yaşayış, torpaq və bağ sahələri, həmçinin fərdi yaşayış evləri, mənzil və avtomobillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qoyulub. S.İbrahimovun sahibi olduğu “UNİX” MMC-yə məxsus 10-AA-320 dövlət qeydiyyat nişanlı avtomobillər həmin əmlaklar sırasına daxil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin yaydığı məlumata görə, "STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq 2 milyon manatdan çox pulu mənimsədiyi üçün həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib./unikal.org/
Sorğu
Yeni dizaynımız necədir?