Dövlət Sosial Müdafiə Fondu kartriclərin alınması üçün müsabiqə elan edib.Tenderdə “Kəmər-Qaya” MMC qalib olub. DSMF kartriclərin alınmasına nə az, nə çox 40 819.74 manat ayırıb. Maraqlıdır, kartric üçün 40 mindən artıq vəsait nəyə lazımdır? Buna DSMF İdarə Heyətinin sədri Himalay Məmişov daha yaxşı aydınlıq gətirə bilər. Çünki kartric üçün 41 min məsrəf etmək suallar doğurur. Ümumiyyətlə, dövlət qurumlarının tender müsabiqələri kifayət qədər qeyri-şəffaf, şübhəli və korrupsiya elementləri ilə müşayiət olunur. Dövlət qurumları, icra hakimiyyətləri, nazirliklər, komitələr özlərinə yaxın firmaları tenderdə qalib elan edərək vəsaiti idarə edirlər./tia.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?