Hüquq müdafiəçisi Novella Cəfəroğlu Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. Lent.az-ın Bakı Apellyasiya Məhkəməsinin saytına istinadən məlumatına görə, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi hüquq müdafiəçisinin iddiasını təmin edib. Qərardan narazı qalan DSMF-nin Yasamal rayon şöbəsi apellyasiya şikayəti verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?