GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şok olay: Qadın türk seriallarına baxıb onlar kimi yaşamaq istədi — Dəhşətli cinayət

Şok olay: Qadın türk seriallarına baxıb onlar kimi yaşamaq istədi — Dəhşətli cinayət

Tarix: 17-05-2021, 15:45 Bölmə :Cəmiyyət Baxış: 310
Şok olay: Qadın türk seriallarına baxıb onlar kimi yaşamaq istədi — Dəhşətli cinayət


Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Yaqub Qurbanov 1993-cü il təvəllüdlü həyat yoldaşı Aynurənin intihar etməsinə səbəb olub.

Yaqub onunla 2012-ci ildən nikahda olub birlikdə yaşayan, heç bir yerdə işləməyən, evdar qadın olan Aynurənin ondan maddi cəhətdən asılılığından istifadə edib. O, Aynurə ilə amansız rəftar edib və mütəmadi olaraq onu döyüb.

Musiqiçinin arvadı niyə intihar etdi?

Yaqub 7 oktyabr 2019-cu ildə gecə saat 3 radələrində yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində binalardan birinin 5-ci mərtəbəsində yerləşən mənzilin qonaq otağında arvadının ona xəyanət etməsini əsas gətirib. O, stulun söykənəcək taxtasını qopararaq Aynurənin baş nahiyəsindən vurub.

Bundan sonra Yaqub sakitləşməyib və anaları Aynurənin qışqırıq səsinə gəlmiş azyaşlı övladları - 2013-cü il təvəllüdlü Yusif və 2015-ci il təvəllüdlü Yağmurun gözləri qarşısında onun saçından tutub. O, Aynurıəni sürüyərək hamam otağına aparıb və saçını üzqırxan maşın ilə kəsməyə cəhd edib.

Üzqırxan maşın nasaz işlədiyindən Aynurəni yenidən qonaq otağına gətirib və ona qarşı amansız rəftarını davam etdirib. O, arvadının saçını qayçı ilə kəsib. Aynurə özünü öldürmək qərarına gəlib. O, yaşadığı evin eyvanından özünü ataraq intihar edib.

“Mənə xəyanət etməsindən şübhələndim”

İstintaq orqanı Yaqubun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaqub elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Aynurə ilə 2012-ci ildə ailə qurub:

“Birgə nikahımızdan Yusif və Yağmur adında iki övladımız dünyaya gəldi. Musiqiçi işlədiyimdən günün çox vaxtı səsyazma studiyasında olduğum üçün adətən evə gecə saat 12 radələrində, bəzən də daha gec gəlmişəm. Çünki işə axşam saat 18 radələrində getmişəm.

Arvadım Aynurə əvvəllər notariusda işləsə də, evləndikdən sonra onu işdən çıxarmışam. Aynurə evdə uşaqlara baxıb. Yusif birinci sinifdə oxuyub, Yağmur isə hadisədən bir gün sonra bağçaya başlamalıydı. Aynurənin son vaxtlarkı davranışından şübhələndiyim üçün mənə xəyanət etdiyini hiss etdim”.

“Zəng etdim, cavab vermədi...”

Yaqubun sözlərinə görə, Aynurə son vaxtlar telefonuna zəng gələndə başqa otağa keçir, onun yanında telefonla danışmırmış: “Bəzən də gələn zənglərə cavab vermirdi. Səbəbini soruşanda müxtəlif bəhanələr gətirirdi. O, anasının və ya başqa qohumun yazdığını, zəng etdiyini dedi.

Oktyabrın 5-də saat 20 radələrində işi tez qurtardığı üçün evə gələndə qapını döysəm də, Aynurə qapını açmadı. Dükanda olanda Aynurənin mobil telefonuna zəng etdim, amma telefona cavab vermədi. Qapıya uşaqlar gəldi, Aynurənin evdə olmadığını dedilər. Bu səbəbdən qapını özüm açarla açaraq içəri keçdim.

Az sonra evə qayıtmağımdan xəbəri olmayan qonşumuz Aygün qapını döydü. Qapını açanda planşetə Aynurənin zəng etdiyini və ona cavab verməyimizi istədi. Belə başa düşdüm ki, Aynurə evdə olduğumu bilmədiyindən bunu Yusifə deməyi qonşudan xahiş edib. Planşetə baxdım, doğrudan da başqa nömrədən zəng gəldiyini gördüm. Zəngə cavab verdim”.

“Dedi ki, sübut et, sonra danışım”

Yaqub qeyd edib ki, qarşı tərəfdən Aynurənin “alo” dediyini eşidib: “Telefona cavab verəndə Aynurə səsimi tanıdı, bir müddət telefonda səs kəsildi, sonra telefonu tanımadığım bir kişi götürdü. O, “Danışan İxtiyardır?” sualını verdi. Mən “xeyr, səhv düşmüsən” dedikdən sonra telefonu söndürdüm.

Təxminən 5 dəqiqə sonra Aynurə evə gəldi. O, guya aptekə getdiyini, uşaq üçün dərman almaq istədiyini, oradan da yaxınlıqdakı “Çinar” marketə baş çəkdiyini söylədi. Əlində səbət olsa da, Aynurəyə inanmadım. Dedim ki, hər şeyi biləcəm, özün etiraf et. Aynurə dedi ki, sübut et, sonra danışım.

Aynurənin mobil telefonunu, planşeti və noutbukun da elektrik naqilini götürdüm, həyətə düşdüm. Aynurənin zəng etdiyi, yuxarıda qeyd etdiyi nömrənin sahibini axtarmağa başladım. Həmin nömrəyə yenidən zəng etdim”.

“Əlimdə dəqiq sübut olmadı”

Yaqubun ifadəsinə görə, telefona cavab verən şəxs Aynurəni tanımadığını, adının Yavər olduğunu, ona zəng etməməyi, yolda olduğunu, rayona getdiyini, kolbasa sexində işlədiyini deyib: “Tanıdığım adamlardan belə birinin olub-olmadığını soruşsam da, heç kim elə adda birini tanımadıqlarını dedilər. Sonra evə qayıdaraq Aynurənin telefonunda vatsap mesajlarını geri qaytarmağa çalışsam da, alınmadı. Nömrə çıxsa da, mesajlar bərpa olunmadı.

Sonra Aynurədən soruşdum ki, bayaq zəng edən nömrə onun telefonunda qeydiyyatdadır? Xəbəri olmadığını bildirsə də, artıq Aynurənin mənə xəyanət etdiyini bildim. Amma əlimdə dəqiq sübut olmadı”.

“Xəyanəti bağışlamadım”

Yaqub qeyd edib ki, oktyabrın 6-da saat 21 radələrində bir az evdə oturduqdan sonra yaxınlıqdakı kafelərdən birində yemək yeyib, spirtli içki içib, gecə saat 12 radələrində evə qayıdıb: “Vatsapda həmin nömrəni gördüm, telefonu yenidən araşdırandan sonra mobil telefon nömrəsinin “Fərqanə məktəb” adı ilə qeydiyyatdan keçdiyini gördüm. Bunun səbəbini soruşdum. Aynurə məcbur qalaraq həmin şəxslə 5 aydır tanış olduğunu, telefonda danışdığını dedi.

Bu sozlərdən əsəbləşdim, üzünə şillə vurdum. Divanda otuzdurdum və danışmağını istədim. Aynurə da danışaraq həmin şəxsin adının Mirəziz olduğunu, “Qurtuluş”da görüşdüklərini dedi. Çox əsəbi olduğumdan Aynurənin dediyi sözlərin çoxunu unutmuşam. Bundan sonra xəyanəti Aynurəyə bağışlamadım. Əsəblərimi cilovlaya bilmədim və Aynurəni oturacaq stulundan çıxartdığım taxta parçası ilə başına və ayağına zərbələr vurdum. Ancaq zərbələri özü bilərəkdən yavaş vurdum ki, Aynurə qorxusundan danışsın.

Ancaq Aynurə qışıqıraraq yataq otağında bacısı ilə yatan oğlum Yusifi çağırdı. Guya onu öldürmək istədiyimi dedi. Yusif səsə oyanaraq gələndə Aynurəni vurmağı dayandırdım”.

“Özünü pəncərədən aşağı atdı”

Yaqubun ifadəsinə görə, Aynurəni qohum-əqrəba içərisində biabır etmək üçün saçından tutub, hamam otağına aparıb, əvvəl üzqırxan maşınla başını qırxıb: “Maşın yaxşı işləmədi, həmçinin Aynurəyə ürəyim ağrıdığı üçün saçını tam keçəl olmasın deyə qonaq otağına gətirdim. Onu divanda əyləşdirərək qayçı ilə saçını kəsdim. Aynurənin saçını qırxan zaman mənə müqavimət göstərmədi. Ancaq arada “bəsdir, bəsdir” dedi.

Aynurəyə saçını tam qırxacağımı, o vəziyyətdə anasına verəcəyimi dedim. Sonra siqaret çəkmək üçün zalın baş tərəfindəki pəncərəyə getdim. Aynurə ayaq üstə duranda ondan hara getdiyini soruşdum. Su içməyə getdiyini dedi. Otaqdan çıxaraq mətbəxin pəncərəsinə tərəf qaçdığını gördüm. Tez dalınca yüyürsəm də, ona çata bilmədim.

Aynurə özünü pəncərədən aşağı atdı. Tez aşağı düşdüm. Aynurənin üzünə su vurdum”.

“Daim pul vermişəm”

Təqsirləndirilən şəxs bildirib ki, orada olan şəxslər təcili yardıma zəng edib və həkim çağırıblar: “Az sonra təcili yardım maşını gəldi, Aynurəni xəstəxanaya apardı. Sonra yuxarı qalxdım, əynimi dəyişdim. Xəstəxanaya getmək üçün aşağıya düşdüm. Telefonum üzərimdə olmadığını gördüm. Nə qədər axtarsam da, tapa bilmədim. Az sonra polis əməkdaşları gələrək məni i idarəyə apardılar. Orada Aynurənin öldüyünü bildim.

Aynurə əvvəllər mənə özünü öldürəcəyilə bağlı heç nə deməyib. Xaraktercə çox ərköyün, uşaq kimi şıltaq biri olub. Məsələn, Aynurə türk seriallarına baxıb və özü də onlar kimi yaşamaq istədiyini deyib. Hər xırda şeydən narazı qalıb, heç nəyi bəyənməyib. Ona görə də yola gedə bilməmişik.

Aynurə maddi cəhətdən məndən asılı olub. Çünki heç bir yerdə işləməyib. Evin dolanışığını mən təmin etmişəm. Daim Aynurəyə pul vermişəm.

Oktyabrın 1-də Aynurəyə 1500 manatl verdim, uşaqlara paltar al dedim. Aynurəyə qarşı amansız rəftar edən, onun ləyaqətini alçaldan, döyən, işgəncə verən, təhqir edən, hədə-qorxu gələn şəxs olmamışam. Hadisədən əvvəl sonuncu dəfə 2-3 ay əvvəl adi məişət zəminində olan mübahisədə bir dəfə ona şillə vurmuşam. Son bir ildə Aynurə ilə aramızda bir neçə dəfə, təxminən 5-6 dəfə sözlü mübahisə olub”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılıb.

Yaqub 5 il müddətinə azadlıqdan məhrum edilib./teleqraf.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda iki qadın intihar etdi

    Azərbaycanda iki qadın intihar etdi ...

    19-10-2015, 17:46

  • 
  • Dəhşətli olay: 85 yaşlı qadın özünü 7-ci mərtəbədən atdı

    Dəhşətli olay: 85 yaşlı qadın özünü 7-ci ...

    2-12-2015, 15:17

  • 
  • Bakıda şok olay: Jurnalistin arvadı və qızı özünü öldürdü

    Bakıda şok olay: Jurnalistin arvadı və qızı özünü ...

    14-06-2019, 16:31

  • 
  • Siyəzəndə 76 yaşlı qadın intihar edib

    Siyəzəndə 76 yaşlı qadın intihar edib ...

    16-10-2013, 00:18

  • 
  • Bakıda zirzəmidə qadın meyiti tapıldı

    Bakıda zirzəmidə qadın meyiti tapıldı ...

    22-07-2013, 10:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu